Əsas Səhifə > Sosial, Manşet > DEPUTATA QUSARLILARDAN CİDDİ XƏBƏRDARLIQ
DEPUTATA QUSARLILARDAN CİDDİ XƏBƏRDARLIQ13-12-2013, 13:40 |
AZƏR BADAMOV YENİDƏN QEYBƏ ÇƏKİLİB: SAKİNLƏR ONU ƏL-ƏL AXTARIRLAR DİA.AZ: - Bir müddət əvvəl jurnalistlərin axtarışına çıxdığı deputat Azər Badamov yenə də qeybə çəkilib. Xatırladaq ki, dövrü mətbuatda 51 saylı Qusar seçki dairəsindən deputat seçilmiş Azər Badamovla bağlı yer alan xəbərlərdə qeyd olunurdu ki, deputat seçiləndən sonra seçicilərini birdəfəlik olaraq unudan Azər Badamovla hansısa seçicisinin görüşməsi az qala ilin hadisəsinə çevrilmə həddindədir. Yəni demək olar ki, imkansızdır və seçiciləri deputatla təmasın yollarını arayırlar. Bildirək ki, sonradan bu ittihamlara Azər Badamovun özü də reaksiya verdi. Amma maraqlı bir formada deputatın söylədiklərindən belə aydın oldu ki, sən demə, günahkar elə jurnalistlərin özü imiş. Yəni yazmaqdansa, jurnalistlər onu axtarıb tapmalı imişlər. Hətta belə təsəvvür yarandı ki, jurnalistlər Azər Badamovla seçiciləri arasında bir körpü rolunu da oynamalı imişlər. Onu da qeyd edək ki, Azər Badamov sonradan söz də verdi ki, daha gizlənməyəcək, seçicilərindən və jurnalistlərdən uzaq qaçmayacaq. Amma DİA.AZ-a Qusardan müraciət edən vətəndaşlar bildirir ki, hələ də Azər Badamov əllərində çıraq axtarırlar. Sakinlər redaksiyamıza yazır: «Azər Badamov yeni deputat olsa da, özünün həm də təcrübəsiz birisi olduğunu ortaya qoydu. Bu vaxta qədər Qusarın belə bir deputatı olmamışdı. Bəlkə kimlərəsə bu, sərf edir. Amma Qusar camaatına yerli əhalinin problemlərini işıqlandırmayan, xalqın dərdinə gün ağlamayan bir deputat heç lazım deyil». Sakinlər iddia edir ki, son bir ildə Qusara cəmi 2 dəfə gələn Azər Badamovu həmin səfərləri vaxtı da vətəndaşlar yaxalaya bilməyiblər: «Parlamentin qapıları ağzında yatmaqdan da yorulmuşuq. Bilirik ki, rayonumuzla bağlı dərdlərimizi bir icra başçısına deyə bilərik, bir də deputata. Amma onlar bizi eşitmirlərsə, deputatı tuta bilmiriksə, onda nə etməliyik?» Onu da bildirək ki, mətbuata ilk və sonuncu müsahibəsində Azər Badamov bildirmişdi ki, yenə də deputat seçilmək fikrindədir və namizədliyini növbəti seçkidə də irəli sürəcək. Amma qusarlılar bunun tam əksini düşünürlər və onlar redaksiyamıza müraciətlərinin sonunda vurğulayırlar ki, Azər Badamovun yenidən seçilməsi imkansızdır. Çünki xal qonu dəstəkləməyəcək… Geri qayıt |