Əsas Səhifə > Cəmiyyət, Manşet > ZAKİR HƏSƏNOVA KƏNARDAN DAHA İKİ MÜAVİN GƏTİRİLİR

ZAKİR HƏSƏNOVA KƏNARDAN DAHA İKİ MÜAVİN GƏTİRİLİR


13-12-2013, 16:58
ZAKİR HƏSƏNOVA KƏNARDAN DAHA İKİ MÜAVİN GƏTİRİLİR
ONLARDAN BİRİ VAQİF AXUNDOV OLA BİLƏR

DİA.AZ: - Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundovla prezidentin şəxsi mühafizəsinin rəisi Bəylər Əyyubovun münasibətlərindəki sərinlik barədə yerli mətbuatda kifayət qədər yazılıb. Bildirək ki, hətta XDMX-nin keçmiş əməkdaşlarından biri məhz Bəylər Əyyubova sıcaq münasibət göstərməsi səbəbindən Vaqif Axundovun iddiaları ilə həbsə belə atılıb. Ki, bu da tərəflər arasındakı münasibətlərin gərginliyindən xəbər verməkdədir.

DİA.AZ-a bu barədə danışan bilgili qaynağın sözlərindən belə anlaşılır ki, əslində Vaqif Axundov-Bəylər Əyyubov toqqquşmasının daha da şiddətlənməsində kənar maraqlı qüvvələr olub: «Bu qüvvələr zaman-zaman iki generalı üz-üzə qoymağa çalışıblar. Sonda isə heç nəyə nail ola bilməyiblər. Əksinə, arada olan bir-iki fiqur ciddi şəkildə hədəfə çevrilib. Lakin bu o demək deyil ki, generalların münasibətləri qaydasındadır. Əksinə vəziyyət hələ də gərgin olaraq qalır».

Mənbəmiz iddia edir ki, yaxın günlərdə XDMX-də də bir sıra islahatlar nəzərdə tutulub: «Bu islahatlar zamanı Vaqif Axundovun özünün belə vəzifəsindən istefaya göndərilməsi gözlənilir. Ola bilsin ki, Vaqif Axundvo Müdafiə Nazirliyinə təyinat alsın. Hələlik bu barədə dəqiq bir şey yoxdur. Yalnız söhbətlər dolaşır».

Mənbəmiz onu da əlavə etdi ki, müdafiə naziri Zakir Həsənova kənardan daha bir müavinin gətirilməsi də planlaşdırılır: «Yəni Vaqif Axundovdan başqa, daha bir nüfuzlu fiqurun MN-ə nazir müavini gətirilməsi gözlənilir. Yaxın günlərdə qərar verilə bilər».

Geri qayıt