Əsas Səhifə > Şou-biznes > “ONUN ƏRİ ÇOXDAN EVLƏNİB, TOY DA EDİB ÖZÜNƏ”
“ONUN ƏRİ ÇOXDAN EVLƏNİB, TOY DA EDİB ÖZÜNƏ”10-02-2012, 12:50 |
“HƏR KƏS GEDİB ÖZ UŞAĞI İLƏ MARAQLANSIN” Əməkdar artist Almaz Ələsgərovanın 2009-cu ildə cəmi dörd ay gəlin olmuş qızı Əminənin keçmiş həyat yoldaşı Orxanla barışaraq ər evinə qayıtması haqqında yayımladığımız xəbər qız anasını yenidən özündən çıxardı. Telefon zəngimizin məramını öyrənən Ələsgərova ünvanladığımız sualları cavablandırdı. Dialoqumuzu olduğu kimi sizə təqdim edirik. - Sizi təbrik etmək üçün zəng etmişik... - Nə üçün? - İkinci qızınızın həyat yoldaşı ilə barışıb evinə qayıtdığına görə. - Necə? Hansı qızım? - İkinci qızınız Əminə. - (öncə susur və...) Necə qayıdıb evə? - Yəni həyat yoldaşı ilə barışıb. Və şəxsi həyatında işlər müsbətə doğru gedir. - Necə qayıdıb evə, barışıb, kiminlə barışıb? - Həyat yoldaşı olmuş Orxanla. Redaksiyamıza belə bir xoş xəbər daxil olub. - Yəni əri ilə? Heç vaxt ola bilməz. Kim deyir onu? Onun əri çoxdan evlənib, toy da edib özünə, qəşəng də toyu olub. Axı nəyinizə lazımdır, mənim uşağım haqqında yazırsınız? - Bu xoş xəbər oxuculara maraqlı olmasaydı, yayımladığımız məlumat reytinqləri təzələyib, qısa zamanda ən çox baxış sayı olanlar sırasına düşməzdi... - Camaatı başa düşə bilmirəm. Hər kəs gedib öz uşağı ilə maraqlansın, öz övladının dərdini çəksin. - Sırf əldə etdiyimiz şad xəbəri təsdiq etməyiniz üçün zəng vurmuşuq. - Xeyr, mənim qızım tüpürdüyünü yalamaz. Qızım hər şeyin üstündən ötüb keçib, öz həyatını yaşayır, keçmiş əri də öz həyatını. - Almaz xanım, qızlarınızı nə üçün yenidən ərə vermək istəmirsiniz? - Yox, hələ çox tezdir. Heç elə fikrimiz də yoxdur... Geri qayıt |