Əsas Səhifə > Güney Press, Üçüncü sektor > "KAPİTALBANK"DAN MÜŞTƏRİLƏRƏ YENİ İL FIRILDAĞI
"KAPİTALBANK"DAN MÜŞTƏRİLƏRƏ YENİ İL FIRILDAĞI20-12-2013, 08:52 |
RÜŞVƏTSİ KREDİT... BU, QEYRİ-MÜMKÜNDÜR... Kapital Bank" 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə nağd pul kreditləri üzrə endirim kampaniyası elan edib. Bu reklam adı altında müştərilər banklarda əlavə rüşvət vermələri ilə üz-üzə qalıb.Gəncə Şəhəri N.Nərimanov prospektində hərbi hissənin qarşısında yerləşən bank şöbəsi müştərilərdən əməlli-başlı haqq aldıqları üzə çıxıb... Bu barədə Moderator.az-a Kəlbəcər rayon köçkünü, “ İnterpress xeber News” portalının rəhbəri Vüqar Ələkbərov müraciət edib. Müraciətdə deyilir: “Gəncə şəhər Kapital bankın Kəpəz filalında bir çox qanunsuzluqlar mövcuddur. Kapital bankın filial müdiri Rauf Yusibov vəzifəsindən sui-istifadə edərək bankdan kredit alan müştəriləri aldadıb. Bizdə olan və 21 nəfərin video müsahibəsində göstərilir ki, onların hamısından kredit verilərkən "şapka" saxlanılıb. Bundan əlavə isə Kəlbəcər rayon məktəb direktorları ilə birləşən Rauf Yusibov müəllimlərin əmək haqlarına da “barmaq edib”. Bu barədə lazımi sənədlərləri korrupsiyaya qarşı mübarizə idarəsinə təqdim etmişəm. Qeyd etdiyim faktlar bankın təhlükəsizlik kamerasında da ayın tarixləri ilə araşdırılacaq." Geri qayıt |