Əsas Səhifə > Partiya > DEPUTATIN TƏKLİFLƏRİ VAR

DEPUTATIN TƏKLİFLƏRİ VAR


10-02-2012, 13:20
DEPUTATIN TƏKLİFLƏRİ VAR

“ELEKTRİK ENERJİSİNİN QİYMƏTLƏRİNDƏ GÜZƏŞTLƏR EDİLMƏLİDİR”

Millət vəkili, BQP başqanı Fazil Mustafa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən donvurmadan ölmək təhlükəsi ilə üz-üzə qala biləcək vətəndaşların müdafiəsi üçün sığınacaqların təşkil olunması addımını yüksək qiymətləndirib.

“Qafqazinfo”nun məlumatına görə, F. Mustafanın fikrincə, burada ayrı-ayrı şəxslərdən başqa işıqsız-qazsız qalan və sığınmağa kimsəsi olmayan ailələrin də yerləşməsi şərtlərini hazırlamaq vacibdir. Bu yerlər barədə televiziyadan vaxtaşırı məlumatlandırmanın həyata keçirilməsi, oraya insanların daşınmasına köməklik göstərilməsi də yerində olardı.

Millət vəkilinə görə, göstərilən kommunal xidmətlər bu və ya digər səbəbdən yetərli olmadığından, hətta Bakının mərkəzində yaşayan insanlar bəzən işıq və qaz kəsintisi problemləri ilə üzləşdilər. Millət vəkilinin fikrincə, şaxtalı havada insanların məcburən əvvəlki normadan artıq istehlak etdiyi elektrik enerjisi qiymətlərində də hökumət tərəfindən güzəştlər düşünülməlidir. Əks halda şaxtalı havanın əziyyəti bir tərəfdən, əlavə məsrəflərin də artması onsuz da yoxsulluq içində yaşayan əhalinin həyat şərtlərini daha da ağırlaşdıracaq. Digər tərəfdən təhvil verilib- verilməməsindən asılı olmayaraq, insanların köçüb yaşadığı yeni binaların qazla təmin olunması bu çovğunlu günlərdə daha da aktuallaşdı və hökumət bu problemin vətəndaşın marağına uyğun operativ həlli yollarını tapmalıdır.


Geri qayıt