Əsas Səhifə > Sosial, Manşet > ŞOK: AZƏRBAYCANIN GÖMRÜK MƏMURLARI HƏDƏFDƏ

ŞOK: AZƏRBAYCANIN GÖMRÜK MƏMURLARI HƏDƏFDƏ


20-12-2013, 10:34
ŞOK: AZƏRBAYCANIN GÖMRÜK  MƏMURLARI HƏDƏFDƏ
DAHA BİR NEÇƏ GÖMRÜK MƏMURUMUZA QARŞI TÜRKİYƏDƏN İTTİHAM GƏLİR

DİA.AZ: - Azərbaycanlı gömrük məmurlarına Türkiyəyə getmək qadağan olundu. Bu barədə DİA.AZ-a Dövlət Gömrük Komitəsindəki mənbələrdən məlumat daxil olub. Məlumata görə, rəsmilər yeni həbslərin baş verəcəyindən ehtiyyatlanıb. Buna səbəb Mirməhəmməd Seyidovun istintaq verdiyi ilginc ifadələri ola bilər. Çünki M.Seyidov qaçaqmalçılıq və digər korrupsiya əməliyyatlarını özbaşına həyata keçirə bilməzdi.

Mənbənin sözlərinə görə, DGK-nın bur sıra nüfuzlu məmurları ilə bağlı Türkiyədə artıq faktlar toplanılır. Xatırladaq ki, dünən bu barədə müəyyən bilgiləri diqətinizə təqdim etmişdik. DİA.AZ-a danışan qaynağın söylədikləri: “Azərbaycandan İran araçılığı ilə külli miqdarda nağdlaşdırılmış pullar Türkiyəyə və müxtəlif istiqamtlərə göndərilib. Bu barədə Türkiyə əmniyyəti ilginc faktlar əldə edib və artıq Seyidovdan da qeyd olunan ittiham aktı üzrə ifadələr alınıb. Məhz bu ifadələri onun barəsində 3 aylıq həbs qəti-imkan tədbirinin çıxarılmasına zəmin yaradıb”.

Qeyd edək ki, Dilucu sərhəd-keçid məntəqəsində keçirilən əməliyyat İstanbulda 3 nazir oğlu da daxil olmaqla 50-dən çox məşhur iş adamının və yüksək vəzifəli məmurun həbs edilməsi əməliyyatının bir hissəsi olub. Dekabrın 17-də səhər saatlarında başlayan əməliyyat Naxçıvan gömrüyünün əsas strukturlarından birinin-Sədərək gömrüyünün rəisinin həbs olunması ilə müşaiyət olunub. Xəbərlərə görə Mirməhəmməd Seyidov İstanbuldan təyyarə ilə Qarsa uçub və Qars aerportunda təyyarədən enəndə onu yerli polisin mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin əməkdaşları “qarşılayıb”. Əlləri qandallanan gömrük rəisi dindirilmək üçün Qars polis idarəsinə aparılıb. Polisdən gömrük rəisinin həbsi ilə bağlı açıqlama verilməyib, ancaq hüquq-mühafizə orqanlarındakı mənbələrdən bildirilib ki, Seyidov Qars gömrük məmurlarına rüşvət verilməsi, qaçaqmalçılıq və korrupsiya cinayətlərinə görə saxlanılıb. Və onun barəsində 3 aylıq həbs qəti-imkan tədbiri seçilib.

Redaksiyamızın əldə etdiyi informasiyalarda bu ittihamla daha hansı gömrük məmurumuzun hədəfə çevriləcəyi barədə dəqiq bilgilər verilməsə də, müəyyən təxminlər var ki, sözügedən yöndə araşdırmalarımız davam edir.

Geri qayıt