Əsas Səhifə > Cəmiyyət > İRANIN BAKIDAKI CASUSU İLƏ BAĞLI ŞOK FAKTLAR - fotolar

İRANIN BAKIDAKI CASUSU İLƏ BAĞLI ŞOK FAKTLAR - fotolar


20-12-2013, 11:44
İRANIN BAKIDAKI CASUSU İLƏ BAĞLI ŞOK FAKTLAR - fotolar
2006-cı ilin noyabrın 30-da Azərbaycana qarşı barışmaz mövqedə olan Ayətullah Fazil Lənkərani İranda yazıçı-publisist Rafiq Tağının ölümünə verdiyi fətva hər kəsin yadındadır.

O qeyd edirdi: “Belə bir şəxsin qətli vacibdir. Ona əli çatan hər kəs onu qətlə yetirməlidir.”

2011-ci ilin 19 noyabrında Rafiq Tağıya sui-qəsd olundu və ona çoxsaylı bıçaq zərbələri yetirildi, noyabrın 23-də isə xəstəxanada vəfat etdi.

Fazil Lənkəraninin varisi və oğlu Cavad Lənkərani 2011-ci ilin 27 noyabrında Rafiq Tağının ölümündən 3 gün sonra Azərbaycan xalqını bu qətl münasibətilə təbrik də etdi.

Aylar əvvəl “Qafqazinfo” saytı “Azəryolservis”in rəhbəri Cavid Qurbanovun sürücüsü olmuş və iki il bundan əvvəl işdən qovulmuş, hazırda xaricdə gizlənən Mahir Lənkəraninin Ayətullah Fazil Lənkəraninin ideyalarını və Xomeyniçiliyi Azərbaycanda həyata keçirmək, Azərbaycanda islam dövlətinin qurulması üçün azərbaycanlılardan ibarət müəyyən xüsusi adamları öz ətrafında cəmləşdirərək, bu istiqamətdə onlara tapşırıqlar verməklə məşğufl olması barədə maraqlı faktlar yayımşdı. Həmin materillarda qeyd olunurdu ki, əvvəllər Quliyev Mahir Allahverən oğlu ad-soyadını daşıyan Mahir Lənkərani özünü İrana və Fazil Lənkəraniyə daha sadiq olduğunu nümayiş etdirmək, Azərbaycandakı çirkin işləri həyata keçirmək üçün İrandan ayrılmış pulların birbaşa onun vasitəsilə xərclənməsini təmin etmək məqsədilə 2007-ci ilin aprel ayında Sumqayıt şəhər Məhkəməsi vasitəsilə soyadını dəyişərək Fazil Lənkəraninin şərəfinə Lənkərani soyadını götürüb “Quliyevdən Lənkəraniyə” çevrilir və beləliklə də Mahir Lənkərani olur.

O, İrandan ayrılmış pullarla, əvvəllər idmanla məşğul olmuş və cinayətkar aləmdə tanınan Bayram, İsrafil adlı şəxslərin rəhbərliyi ilə qoçu dəstələri saxlayır, gəncləri, qadınları 10-10, 20-20 İrana göndərir, dini təsir altına salır, qadınlara qara çarşabla gəzmələri üçün onlara vədlər və hədiyyələr verir, lazım gəldikdə isə hədə-qorxu gəlir.

İRANIN BAKIDAKI CASUSU İLƏ BAĞLI ŞOK FAKTLAR - fotolar

Bu gün “Qafqazinfo”ya Mahir Lənkəranı haqda növbəti şok materiallar və fotolar daxil olub. Həmin məlumatlarda olduqca ilginc məqamlar yer alıb. Materillarda qeyd olunur ki, İranın təbliğatlarının yayılması üçün Mahir Lənkəraninin əli ilə kafe-çayxanalar alınıb, məscidlər tikilib və həmin yerlərdə Xomeyniçilik ideyalarının təbliğatı ilə məşğul olunub. Bakının Albalı (Vişnyovka) deyilən ərazisində tikilmiş məscid də buna bir misaldır. Həmin məsciddə hər cümə günləri 500-dən çox radikalların toplaşdığını görən hüquq-mühafizə orqanları nəhayət həmin məscidlə bağlı reydlər və həbslər keçirib.

Mahir Lənkərani dostları ilə birlikdə həmin pullarla kef məclisləri qurmağı da unutmayıb, bu məclislərə bakirə qızlar gətizdirib.

Əvvəllər mətbuatda getmiş, “Mahir Lənkərani bacımın bakirəliyini 25 minə pozdu” kimi şikayət xarakterli müraciətlər bir-iki deyil, onlarladır. O, qadınlara qiymətli hədiyyələr, maşın, ev almaqla onlara xüsusi tapşırıqlar verib.

Əvvəllər mətbuatda onun təkcə motosiklinin 50 min qiymətinin olduğu bildirilirdi. Qiymətinin nə qədər olduğunu bilməsək də Mahir Lənkəraninin motosikillə olan foto-şəklini görəndə deyilənlərin doğru olduğu məlum olur. O bütün antimilli və antidövlət hərəkətlərini 10 HA 800 AZ seriyalı 8 yerlik qazel tipli mersedes markalı avtomobillə həyata keçirib. Həmin maşın onun olsa da avtomobil etibarnamə ilə idarə edilib. Onun gizli qərargahlarından biri Saray qəsəbəsindəki bağ evi, Sumqayıtdakı mənzilləri, həmçinin Bakı ş. N. Nərimanov prospekti 5A ünvanındakı mənzillərindən biridir (belə mənzillərin Bakıda sayı 10-dan çoxdur).

İranda 50 min dollar qiyməti olduğu iddia olunan “sürücü” işləmiş Lənkəraninin şəxsi motosikli

İRANIN BAKIDAKI CASUSU İLƏ BAĞLI ŞOK FAKTLAR - fotolar

Bakı şəhərində və Masallıda son illər dindarların keçirdiyi aksiyaların ilhamvericisi və maliyyə mənbələrindən biri Mahir Lənkərani olmuşdur. Bu cür aksiyalara qısa bir zamanda minlərlə adamın toplaşması şübhəsiz ki, burada böyük pulların rol oynadığını təsdiq edir. Mahir Lənkəraninin var-dövlətinin birdən-birə artması, məhz 2007-ci ilin aprelində ata-baba soyadı olan Quliyevi Lənkərani ilə dəyişməsinə təsadüf edir.

Azərbaycana və onun siyasi rəhbərliyinə düşmən kəsilən Fazil Lənkəraniyə sadiqliyini sübut etmək üçün aşağıdakı fakta da nəzər salmaq kifayətdir.

2007-ci il iyunun 16-da İranda vəfat etmiş və 18-də dəfn edilmiş Fazil Lənkəraninin yas mərasimində iştirak etmək üçün Mahir Lənkərani 2007-ci il iyunun 17-si səhər tezdən İrana uçur, yasda iştirak edir, iyunun 18-də isə Azərbaycana qayıdır (Rəsmi orqanlar bu faktı 10 dəqiqəyə aydınlaşdıra bilərlər).

Rafiq Tağının ölümündən təxminən bir ay əvvəl, 2011-ci il oktyabrın 26-da ölkədən çıxaraq İstanbula, oradan da İrana keçərək 21 gün İranda olmuş Mahir Lənkərani 16-sı noyabr 2011-ci il tarixdə İrandan Biləsuvar vasitəsilə Azərbaycana qayıtmışdır. 3 gün sonra isə Mahir Lənkəraninin ideoloqu Fazil Lənkəraninin ölümünə fətva verdiyi Rafiq Tağıya sui-qəsd olunmuşdur. Bəlkə burada bir bağlılıq vardır?

O, 2013-cü il ərzində 3 dəfə gizli yolla Azərbaycana gəlmiş, hər dəfə də bir və ya iki gün qalmaqla ölkəni dərhal tərk etmişdir. Görəsən Mahir Lənkərani kimlərə hansı tapşırıqları vermək üçün Azərbaycana gəlib və ya məqsədi nə olmuşdur?

Qeyd edək ki, Mahir Lənkəraninin qardaşlarından biri vəhhabi təriqətinə aiddir və bunu Sumqayıtda hamı bilir, o cümlədən də yəqin ki, xüsusi orqanlar da bilməmiş deyil.

Bir neçə gün öncə Sumqayıtdakı təriqətlər arası baş vermiş və bir neçə şəxsin ölümü ilə nəticələnən atışmada avtomat və qumbaralardan istifadə edilmişdir. Sumqayıt xüsusi radikal dindarların toplaşdığı məkana çevrilməkdədir.

Mahir Lənkəraninin və qardaşlarının da daimi yaşayış yerlərinin Sumqayıt olduğunu nəzərə alsaq bu radikalların maliyyələşməsində və himayədarlığında onların da əlinin olduğunu aydınlaşdırmağa ehtiyac vardır.

Azərbaycanda İran tərəfindən seçilmiş tək-tək sadiq adamlar vardır ki, Xomeyniçiliyi Azərbaycanda təbliğ etməklə boyunlarında xüsusi şərf gəzdirirlər.

Bunlardan biri də Mahir Lənkəranidir.

İRANIN BAKIDAKI CASUSU İLƏ BAĞLI ŞOK FAKTLAR - fotolar

Təqdim edilən şəkildəki həmin şərfə diqqətlə baxdıqda hər şey aydın olur.

Mahir Lənkəraninin də əks olunduğu və İranda çəkilmiş şəkillərdə gəlinlərin və qadınların İrana aparılmasının təsdiqi kimi orada çəkilmiş şəkillərdən bir neçəsini təqdim edirik (etika və qanun naminə həmin şəxslərin, gənclərin və qadınların sifətlərinin örtülü verilməsini məqsədəuyğun hesab edirik).

İRANIN BAKIDAKI CASUSU İLƏ BAĞLI ŞOK FAKTLAR - fotolar

Hazırda Mahir Lənkəraninin İrandakı məsləkdaşlarına da milyonlarla pul atdığı üçün İran tərəfindən axtarıldığı və ölümünə fətva verildiyi qeyd olunur.

Mahir Lənkəraninin elə Azərbaycanda da aldatdığı çoxlu şəxslər tərəfindən axtarıldığı bildirilir.

Geri qayıt