Əsas Səhifə > Sosial, Manşet > İLGİNC: BAKIDAN TÜRKİYƏYƏ XÜSUSİ ELÇİ GÖNDƏRİLİB
İLGİNC: BAKIDAN TÜRKİYƏYƏ XÜSUSİ ELÇİ GÖNDƏRİLİB20-12-2013, 14:41 |
TÜRKİYƏDƏ HƏBS OLUNAN SƏDƏRƏYİN GÖMRÜK RƏİSİ İLƏ BAĞLI HƏRƏKƏTLƏNMƏ DİA.AZ: - Son günlər qardaş Türkiyədə baş verən olaylar Azərbaycanda da xüsusi diqqət mərkəzindədir. Hər halda, həbs olunanlar arasında bir tanınmış azərbaycanlı iş adamının olması və istintaqa verdiyi ifadəsində onun Azərbaycan dövlətinin adını çəkməsi, habelə Azərbaycanın gömrük məmurlarından birinin qollarının qandallanması yerli cəmiyyətimizin gözlərinin Ankaraya dikilməsinə nədən olub. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Sədərək gömrüyünün rəhbəri Mirməhəmməd Seyidovun həbsinə rəsmi Bakı ciddi şəkildə etiraz etsə də, hələ də Ankaradan məsələ ilə əlaqədar müsbət bir reaksiya verilməyib. Buna səbəb həm də həyata keçirilən həbslər zamanı rəsmi Ankaranın öz mövqelərinin də ciddi şəkildə sarsılması faktıdır. Bunu deyən mənbəmizin söylədikləri: «Təbii ki, bu gün Türkiyədə baş verən hadisələrdən daha çox zərər görən tərəflərdən biri də rəsmi Ankaradır. Daha doğrusu, Ərdoğan iqtidarı. Artıq Türkiyədə hakim Ədalət və Qalxınma Partiyasının sütunları laxlamaqdadır. Ərdoğanın nurçuların lideri Fətullah Gülənlə üz-üzə gəlməsi ona baha başa oturmaqdadır. Fətullah Gülən Ərdoğanın özü ilə yanaşı, partiyasını da «vurmaqdadır» və bununla da Türkiyənin baş nazirinə gücü, qüdrəti kimdən aldığını göstərmək istəyir. Və bu səbəbdən hazırda Ərdoğan iqtidarının rəsmi Bakıdan gələn sorğulara hansısa formada reaksiya verməyə taqəti yoxdur». Amma buna rəğmən artıq Bakıdan azərbaycanlı gömrük məmurunun həbsilə bağlı xüsusi elçinin Türkiyəyə yola düşdüyünü bildirən məlumatlı mənbə söyləyir ki, artıq 2 gündür Azərbaycandanq gedən «qonaq» Ankaradadır və intensiv danışıqlar aparır: «Doğrudur, həmin xüsusi elçi də müsbət nəticəyə vara bilməyib. Amma istənilən halda Azərbaycan dövləti öz məmurunu Türkiyənin əlində saxlamayacaq və bu vəziyyət uzanarsa, Azərbaycanla Türkiyənin münasibətlərinə belə mənfi təsir göstərə bilər». Mənbəmiz iddia edir ki, rəsmi Bakının bu məsələdə nümayiş etdirdiyi bir neçə aspektdən dəyərləndirilir: «Burada müxtəlif maraqlar önə gələ bilər. Amma fakt ondan ibarətdir ki, azərbaycanlı məmurun Türkiyədə həbsdə uzun müddətə qalması rəsmi Bakının maraqları çərçivəsində deyil və bu iki ölkə arasında əlavə gərginliyi belə yarada bilər». Geri qayıt |