Əsas Səhifə > Siyasət, Manşet > “AZERCELL”DƏ KORRUPSİYA YOXLAMALARI

“AZERCELL”DƏ KORRUPSİYA YOXLAMALARI


11-02-2012, 12:25
“AZERCELL”DƏ KORRUPSİYA YOXLAMALARI

“AVROVİZİYA-2012” YARIŞMASININ ANA SPONSORU DƏYİŞDİRİLƏ BİLƏR

DİA.AZ: - Bunca təbliğata baxmayaraq, rəsmi Bakının sürdürdüyü antikorrupsiya tədbirləri nə beynəlxalq aləmdə, nə də yerli ictimaiyyət tərəfindən ciddi qəbul edilməkdədir. Hətta son günlərin addımları, həyata keçirilən həbslər belə daha çox kosmetik mahiyyət daşıdığından yenə də nələrisə dəyihəcək, hansısa əks-qənaəti formalaşdıracaq iqtidarda deyil.

Bu səbəbdən hakimiyyətin yeni planlar üzərində baş sındırdığı bildirilir. «Dünya» İnformasiya Agentliyinə (dia-az.life) hökumət içindəki qaynaqlardan ötürülən informasiyaya görə, məhz bu prosesdə maraqlı tərəf kimi çıxış edən beynəlxalq təşkilatların, xüsusən də Azərbaycanda antikorrupsiya tədbirlərini maliyyələşdirən Dünya Bankının gözünə kül üfürülməsi məqsədilə YAP iqtidarı antikorrupsiya tədbirlərinin yeni mərhələsinə start verməyə hazırlaşır.

Məlumatlı mənbə bildirir ki, bu dəfə özəl şirkətlər hədəfə alınacaq: «Bu şirkətlərin də hamısı yox. Yəni burada hədəfə alınan şirkətin korrupsiyaya uğramasından daha çox, onun hansı çevrəyə yaxın olduğu və yaxud da heç kimin nəzarətində olmaması əsas götürüləcək».

Mənbənin qeydlərinə görə, hakimiyyət bu yolla əslində «bir güllə ilə iki dovşan vurmuş» olacaq: «Bir tərəfdən yenə də DB kimi beynəlxalq təşkilatları tədbirlərinin səmimiyyətinə inandırmağa çalışacaq, digər tərəfdən də nəzarətindən kənarda qalan pullarla bağlı istədiyi qərarı vermiş olacaq».

Məlumatlarda o da deyilir ki, həkumət ilk korrupsiya təftişini “Azərcell” Telekom MMC-dən başlamaq niyyətindədir. Bildirək ki, Azercell Telekom MMC 1996-cı ilin yanvarında təsis edilmiş və Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətini 1996-cı il dekabrın 15-də başlayıb. Fəaliyyətinin ilk illərindən etibarən Azercell bazarda lider mövqeyini saxlamaqdadır.

Və maraqlı orasıdır ki, “Azercell” hakimiyyət üçün hazırda ən həssas nüanslardan hesab olunan “Avroviziya-2012” yarışmasının ana sponsorudur. Bunu da diqqət önünə çəkən mənbəmiz bildirdi ki, hətta bu faktor belə hakimiyyəti məlum qərarından daşındırmayıb: “Ola bilsin, bu səbəbdən korrupsiya təftişləri ertələnsin və yaxud da “Avroviziya-2012” yarışmasının sponsor tərkibində dəyişiklik edilsin. Son qərar yaxın günlərdə məlum olacaq”.


Geri qayıt