Əsas Səhifə > Dünya > HƏMAS HARA KÖÇÜR?

HƏMAS HARA KÖÇÜR?


11-02-2012, 12:37
HƏMAS HARA KÖÇÜR?

BU BARƏDƏ YEKUN QƏRAR YAXIN GÜNLƏRDƏ VERİLƏCƏK

Yaxın Şərq mətbuatı Həmasın siyasi bürosunun yeni yeriylə əlaqədar açıqlamanın yaxın vaxtlarda veriləcəyi yazıb.

Qeyd edək ki, mətbuatda bir müddət əvvəl də Həmasın siyasi bürosunun Qətər, ya da Tunisə gedəcəyi istiqamətində xəbərlər çıxmışdı.

Həmas səlahiyyətliləri ötən ay verdikləri açıqlamada, Dəməşqdəki bürolarını bağlamaq və ya başqa yerə köçürmək kimi bir vəziyyətin gündəmdə olmadığını söyləmişdilər.

Həmasın beynəlxalq əlaqələr nümayəndəsi Üsamə Hamdan da Suriya rəhbərliyinin Həmasdan "Dəməşqi tərk etməsi" kimi tələblərinin olmadığını açıqlamışdı.

Ancaq Qəzzaya rəhbərlik edən Həmas liderlərinin ailələrinin Suriyadakı qərargahdan çıxarılacağı bildirilmişdi. Dəməşqdəki Həmas səlahiyyətlilər bu qərarın, Suriyada davam edən qiyamlardan sonra çətinləşən təhlükəsizliklə bağlı verildiyini söyləmişdi.


Geri qayıt