Əsas Səhifə > Şou-biznes > "Maşın" realiti-şouda Qaraqana görə qanqaraçılıq...

"Maşın" realiti-şouda Qaraqana görə qanqaraçılıq...


23-12-2013, 08:50
"Maşın" realiti-şouda Qaraqana görə qanqaraçılıq...
Şoumen Murad Dadaşovun “Möhtəşəm maşın” şousunun yeddinci yarış günündə gözlənilməz hadisələr baş verib.

Axşam.az xəbər verir ki, veriliş ərzində iştirakçılardan hamısı klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun şəklini ataraq onu oyundan uzaqlaşdırmağa çalışıblar.

H.Məhəmmədoğlu verilişin əvvəlində yarışmanın 2 qadın iştirakçısı - Günel Hümbətova və Aydan Axundzadəni, eləcə də Elxan Zeynallını oyundan çıxartmayacağını deyib. Qaraqanın bir gün öncə səsləndirdiyi “Oyuna gəlməzdən əvvəl buradakıları özümdən aşağı hesab edirdim. Gələndən sonra fikrim dəyişdi və əslində dərin düşüncəyə sahib olduqlarını gördüm” fikirlər iştirakçıları qəzəbləndirib. İlk olaraq müğənni Samir Piriyev bu sözlərə etiraz edib. Hüseyn isə deyilən fikirləri kim öz üzərinə götürürsə, onun cavab verməli olduğunu söyləyib. Veriliş ərzində Günel Hümbətova, Elxan Zeynallı və Aydan Axundova arasında qruplaşma yaradıldığı iddia edilib. Aydan isə heç bir qruplaşmaya daxil olmadığını deyib. Yarışmanın sonunadək klarnet ifaçısı kimi oyundan uzaqlaşdırmaq istədiyini açıqlamayıb.

Daha sonra 73.77 faiz səs toplayaraq oyunda qalmaq hüququnu qazanan Hüseyn gözlənilməz açıqlaması ilə hər kəsi təəccübləndirib. O, Qaraqanın adını çəkməsə də, dediyi sözlərdən aydın olub ki, hədəfi Elxandır:

“İnsanları özündən alçaq görən və onları meymun adlandıran şəxs əlini maşından çəksin”.

Bu sözlərdən sonra aparıcı Günel Hümbətova əlini maşından çəkərək oyundan çıxmaq qərarı alıb. O, öz fikrini əsaslandıraraq Hüseynin doğru oyun aparmadığını və sözünün üstündə durmadığını deyib. Daha öncə Qaraqanı çıxarmayacını söz verən klarnet ifaçısının bu hərəkətini qəbul edə bilmədiyini vurğulayan Hümbətova oyunda qalmaq istəmədiyini söyləyib.

Oyunun şərtlərinə görə, Hüseyn Məhəmmədoğlu Qaraqanı yarışmada saxlaya bilərdi və o, “qalsın” dəyərək Elxanı uzaqlaşdırmamaq qərarına gəlib. E.Zeynallı isə daha öncə deyilən sözlərdən sonra əlini maşınıdan çəkməməsini belə əsaslandırıb:

“Mən insanları özümdən aşağı görmürəm və heç kimi meymun adlandırmamışam. Dünən də söylədim ki, buraya gələndən sonra fikirlərim dəyişdi. Bu gözəl maşının ətrafında gəzəndə 5-6 vicdan görmüşəm. Əgər kimsə vicdanını itiribsə, gəlib məndən soruşa bilər”.

Bu sözləri deyərək oyunu tərk edən Qaraqan heç kimlə görüşmədən studiyadan çıxıb. Aparıcı Murad Dadaşov isə bir gündə iki iştirakçının bu formada oyundan uzaqlaşmasından çox təəccübləndiyini söyləyib.

Xatırladaq ki, hazırda müğənni Samir Piriyev, Niyam Salami, jurnalist Vüqar Vüqarlı, Aydan Axundova, stilist Anar Ağakişiyev, Hüseyn Məhəmmədoğlu, meyxanaçı İntiqam Rüstəmov və dicey Çina maşın uğrunda mübarizəni davam etdirir.
Qeyd edək ki, veriliş hər gün saat 23:00-da ATV telekanalında yayımlanır.


"Maşın" realiti-şouda Qaraqana görə qanqaraçılıq...

Geri qayıt