Əsas Səhifə > Güney Press, Üçüncü sektor > Cənub bölgəsində NÜFUZ DAVASI...

Cənub bölgəsində NÜFUZ DAVASI...


23-12-2013, 09:03
Cənub  bölgəsində NÜFUZ DAVASI...
Əhəd Abıyevin arxasında dayanan əsas adam bəlli oldu

Türkiyədəki rüşvət əməliyyatında həbs olunan Rza Zərrabın azərbaycanlı ortaqları arasında millət vəkili Cavanşir Paşazadənin olmasına verilən reaksiyada “sifarişçi məlumdur” ifadəsi diqqət çəkdi. Çünki Şeyxin qardaşı bu faktı təkzib etməklə kifayətlənməyərək, sifarişçinin olduğunu da bildirdi. Bu isə Paşazadələrin əslində bir savaşın içində olduqlarından və düşmənlərinə meydan oxuduqlarından xəbər verir.

Bəs Paşazadənin meydan oxuduğu şəxs kimdir? Azerinfo.org-a daxil olan məlumata görə, Cavanşir Paşazadənin hədəfindəki şəxs Prezident Adminstrasiyasında Cənub bölgəsi üzrə kurator Vəfadar Bağırovdur.

Bununla da neçə illərdən bəri cənub bölgəsi uğrunda nüfuz savaşının əsl tərəfləri bəlli olub. Belə ki, bu zamana qədər Paşazadələrə qarşı mətbuatda və hakimiyyət dairələrində irəli sürülən ittihamların mənbəyi olaraq göstərilən Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin də Bağırovla yaxın olduğu vurğulanır.

Bir sözlə, qarşıdan gələn bələdiyyə və parlament seçkiləri öncəsi “rəqib zərərsizləşdirmə” savaşı başlayıb və tərəflərin heç biri geri çəkilmək niyyətində deyil. Doğrudur, Əhəd Abıyevin general Bəylər Əyyubovla qohumluq əlaqəsi olsa da, general bu savaşın bir parçası deyil. Bu səbəbdən də, kuratorla icra başçısı 2015-ci il gəlmədən mövqelərini gücləndirmək istəyirlər.

Onu da qeyd edək ki, C.Paşazadə yanvarın 10-da vətənə dönməyi planlaşdırsa da, artıq qarşı tərəfə hücuma keçib. V.Bağırovun benzin bahalaşmasından necə qaz vurub, qazan doldurduğuna dair yazıların məhz bu günlərdə mətbuata ötürülməsi təsadüfi sayıla bilməz.

Təəssüflər olsun ki, məlumatla əlaqədar Prezident Aparatını aradığımızda, bizə təqdim olunan nömrə davamlı olaraq, faks siqnalı verdi. Əhəd Abıyevin mobil nömrəsin isə açan olmadı.

Geri qayıt