Əsas Səhifə > Sosial, Manşet, Ana xəbərlər > Elşad Abdullayevlə bağlı gözlənilən qərar verildi

Elşad Abdullayevlə bağlı gözlənilən qərar verildi


23-12-2013, 10:09
Elşad Abdullayevlə bağlı gözlənilən qərar verildi
Keçmiş ABU rektoru hansı bu gün ölkədə olmasından asılı olmayaraq həbs ediləcək

DİA.AZ: - Özünün məşhur gizli videoçəkilişləri ilə hakimiyyətin sütunlarını ciddi şəkildə silkələməyə müvəffəq olan fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin başlatdığı proses bitmək üzərədir. Bu barədə DİA.AZ-a hakimiyyətdəki məlumatlı mənbələr informasiya verib.

Qaynağın iddialarından belə aydın olur ki, sabiq ABU rektoru ilə hakim düşərgədə artıq birmənalı mövqe yarandığından onunla bağlı qərar vermək mümkün olub. Qeyd edək ki, Elşad Abdullayev hələ bir neçə ay əvvəlindən orqan mafiyası ilə şübhəli əlaqələri səbəbindən konkret ittihamla beynəlxalq axtarışa verilsə də, onun İnterpol tərəfindən axtarışa verilməsinin yalnız görüntü mahiyyəti daşıdığı aydın olmuşdu. Yəni İnterpolda axtarışda olan bir şəxsi rahat şəkildə Avropa ölkələrinə turneyə çıxması fatı bu həqiqəti ortaya çıxarmışdı.

İndi isə situasiyanın kifayət qədər tərs istiqamətə dəyişdiyini iddia edə bilgili qaynağın xəbərinə görə, rəsmi Bakı Elşad Abdullayevin həbs olunması üçün qərar verib: «Qərarda deyilir ki, artıq bununla əlaqədar Azərbaycan dövləti adından Elşad Abdullayevin məskunlaşdığı Fransanın və daha bir neçə Avropa ölkəsinin, habelə MDB məkanındakı dövlətlərin hüquq-mühafizə orqanlarına onun həbsilə bağlı müraciətin ünvanlanmasına tədarük görülür».

Onu da bildirək ki, Elşad Abdullayevin hakimiyyətdə himayədarlarının olduğu da yerli mətbuatımız tərəfindən iddia olunmaqdadır. Yəni belə bir situasiyada Elşad Abdullayev barəsində həbs qərarının həyata keçirilməsinin sürətləndirilməsi üçün start düyməsi basılırsa, deməli, vəziyyət kifayət qədər dəyişib.

Geri qayıt