Əsas Səhifə > Güney Press, Üçüncü sektor > Əsabil Qasımov icra başçısını niyə hədəfə alıb?

Əsabil Qasımov icra başçısını niyə hədəfə alıb?


23-12-2013, 10:16
Əsabil Qasımov icra başçısını niyə hədəfə alıb?
İmişli rayonu ilə bağlı redaksiyamıza maraqlı bir iddia daxil olub. İddiaya görə, İmişli rayonunda baş verən hadisələr, rayonda həyata keçirilən abadlıq və quruculuq işlərinə baxmayaraq, görülən işlərin üzərinə kölgə salınması “kampaniya”sı aparılır və bu məlumatların dərcində rayonun millət vəkili Əsabil Qaımovun barmağı var.
İddialara görə, Əsabil Qasımov hakim Yeni Azərbaycan Partiyasından millət vəkili seçilməsinə baxmayaraq, müəyyən şəxslərin rayon rəhbərliyinə qarşı qaldırılmasında rolu olmaqla bərabər, eyni zamanda rayonla bağlı müəyyən xəbərlərin müxalif mətbuatda dərcində də iştirak edib.
Məlumata görə, millət vəkilinin belə aqressivləşməsinə və rayonla bağlı müxtəlif xəbərlərin dərcinə səbəb xalası oğludur. Hansının ki, bir müddət əvvəl iş otağından 500-ə yaxın vətəndaşa məxsus sosial müdafiə kartları çıxmışdı və o, korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində həbs edilmişdi.
Millət vəkili İmişli rayon Sosial Müdafiə Mərkəzinin sədri Nazim Xəlilovun həbsində rayon rəhbərlyini günahkar hesab edir. Elə ona görə də Əsabil Qasımov İmişli rayonuna gəlmir, hətta keçirilən rəsmi tədbirlərə belə qatılmır.
Qeyd edək ki, dekabırın 12-də ulu öndər Heydər Əliyevin vəfatı ilə bağlı müxtəlif bölgələrdə anım mərasimləri keçirilib və bu mərasimlərdə rayonların millət vəkilləri seçildikləri rayonlarda aktiv iştirak ediblər. Amma Əsabil Qasımov YAP-dan millət vəkili seçilməsinə baxmayaraq, rayonda keçirilən tədbirlərə qatılmayıb və yalnız Bakıda keçirilən tədbirlərdə iştirakla kifayətlənib.
Adını açıqlamayan mənbənin verdiyi məlumatda iddia edilir ki,rayonda abadlıq və quruculuq işlərinə cəlb edilən böyük iş adamının işləri yarımçıq qoymasında da Əsəbil Qasımovun əli var.
Maraqlıdır ki,millət vəkili belə bir yol tutubsa,burda onun məqsədi nədən ibarətdir və bu yolla nəyə nail olmaq istəyir. Çün ki,8 il İmişli rayonuna rəhbərlik etmiş Əbülfəz Ağayev bir daşı-daş üstünə qoymadığı halda onun bu fəaliyyəti ilə bağlı bu və ya digər şəkildə səs-küy salan olmayıb. Amma maraqlıdır ki, son illər İmişlidə quruculuq və abadlıq işlərində ciddi irəliləyişlərə nail olunmasına baxmayaraq,rayon rəhbərliyi haqqında yuxarı dairələrə müəyyən yanlış məlumatlar ötürülür.
Redaksiyadan: Millət vəkili Əsabil Qasımovla bağlı səsləndirilənlər iddia olsa da, biz KİV haqqında qanunda nəzərdə tutulduğu kimi qarşı təfəfin mövqeyini də dərc etməyə hazırıq. (veteninfo.az)

Geri qayıt