Əsas Səhifə > Sosial, Manşet, Ana xəbərlər > Şahin Mustafayevin nazirliyində islahatlar olacaq

Şahin Mustafayevin nazirliyində islahatlar olacaq


23-12-2013, 12:18
Şahin Mustafayevin nazirliyində islahatlar olacaq
Hələlik struktur islahatları: Sahibkarlara Milli Kömək Fondu nazirlikdən alınır

DİA.AZ: - Son prezident seçkilərindən sonra bir sıra dövlət qurumlarında islahatlar həyata keçirildi. Bildirək ki, həm kadr bazasında və həm də strukturlarda həyata keçirilən islahatların davamlı olacağı da əvvəlindən bəyan edilmişdi.

DİA.AZ-a Nazirlər Kabinetindəki mənbələrdən verilən informasiyada qeyd olunur ki, prezident İlham Əliyev 22 oktyabr sərəncamı ilə adı dəyişdirilən indiki İqtisadiyyat və Sənaye nazirliyində struktur islahatları yenidən davam edəcək. Bunu təbii proses adlandıran mənbəmizin söylədikləri: «Keçmiş Sənaye və Energetika nazirliyinə aid bəzi dövlət qurumları İqtisadiyyat və Sənaye nazirliyinin (İSN) balansına veriləcək və bu barədə yaxın günlərdə qərar verilir».

Mənbəmiz iddia edir ki, eyni zamanda İSN-nin öz strukturlarında da islahatlar gözlənilir. Və maraqlı bir addımın atılması da planlaşdırılır ki, hələlik bu barədə yekun qərarın verilib-verilmədiyi məlum deyil. Söhbət Azərbaycan Respublikası Sahibkarlığa Milli Kömək Fondunun İSN-dən alınaraq birbaşa olaraq Nazirlər Kabinetinin balansına verilməsindən gedir. Belə bir qərarın da verilə biləcəyi xəbəri yayılıb.

Mənbəmiz bildirir ki, bununla yanaşı, nazirliyə aid olan iki məhdud məsuliyyətli cəmiyyətin də İSN-dən alınması gözlənilir.

Geri qayıt