Əsas Səhifə > Güney Press, Araşdırma > Laçının icra başçısı da ittiham olundu
Laçının icra başçısı da ittiham olundu23-12-2013, 12:33 |
Onun gizli yanacaq biznesi var imiş Laçın rayon icra başçısı Akif Səlimov məcburi köçkünlərin hesabına yeni qazanc yeri tapıb. Bu qazanc yeri Laçın rayonundan olan məcburi köçkünlərə qış ayında verilən neft yanacağıdır. Bu barədə PİA.AZ -a daxil olan məlumata görə ki, Laçın rayonundan 12 minə yaxın məcburi köçkün ailəsi var və ailələrin hər birinə qış aylarında 40 litr neft yanacağı ayrılır. İcra başçısı Akif Səlimovun təlimatı ilə kənd icra nümayəndələri və Qaçqınkomun laçın şöbəsinin rəhbəri neft paylamaq işlərini həyata keçirir. Ancaq məcburi köçkünlərə neft paylanmır. İcra başçısı gəlir əldə etmək üçün mükəmməl vasitə tapıb. Belə ki, Akif Səlimov məcburi köçkün ailələrinə yanacağın pulunu verir. Təbii ki, yarı qiymətin. Daxil olan məlumatdja bildirilir ki, kənd icra nümayəndələri məcburi löçkünlərə verilən 40 litr yanacağın 5 litrini “hörmət” adı ilə kəsir. Yerdə qalan 35 litr yanacağı isə razılaşdırılmış şəkildə vətəndaşlardan litrini 35 qəpiyə alırlar. Mənbə məcburi köçkünlardən alınan yanacağın icra başçısı Akif Səlimovun təlimatı ilə alındığını iddia edir. Belə ki, icra nümayəndələri məhz icra başçısının göstərişi ilə aldıqları tonlarla yanacağı Akif Səlimovun yaxın adamına təhvil verirlər. Misal üçün ən xırda kəndin əhalisindən ay ərzində 5 tondan yuxarı yanacaq alınır. Məluamtlı şəxs idda edir ki, icra başçsının yaxın adamı kənd icra nümayəndələrinə pul verərək məcburi köçkünlərdən yanacağın alınmasını təşkil etdirir. Məcburi löçkünlərdən 35 qəpiyə alınan yüz tonlarla neft yanacağı Ağcabədi, Bərdə, Ağdam və Yevlax rayonlarındakı yanacaq doldurma məntəqələrinə 55-60 qəpiyə satılır. Məlumatda iddia olunur ki, qış aylarında məcburu köçkünlərdən alınan yanacaq əməliyyatından Akif Səlimovun adamları yüz minlərlə manat vəsait qazanırlar. Bundan başqa Laçın rayonundan olan və Bakı şəhərində məskunlaşan imkanlı məcburi köçkünlərin adına yazılan yüz tonlarla yanacaq məhz icra başçısının nəzarəti altında silinərək mənimsənilir. Həmçinin Akif Səlimovun ailə təsərrüfatlarının sayını süni sürətdə artırdığı bildirilir. Belə ki, icra başçısı ailə üzvlərini parçalayaraq yeni təsərrüfatlar yaradır. Bu yolla başçı dövlətdən daha çox yanacaq alaraq daha çox qazanır. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq… Geri qayıt |