Əsas Səhifə > Güney Press, Araşdırma > Sabirabadda rəzalət: QAZ PULU BELƏ ŞİŞİRDİLİR

Sabirabadda rəzalət: QAZ PULU BELƏ ŞİŞİRDİLİR


24-12-2013, 12:12
Sabirabadda rəzalət: QAZ PULU BELƏ ŞİŞİRDİLİR
Havalandırılan qaz sayğacları...

Sabirabad rayonunda indiyəcən görünməmiş rəzalət baş verib.

Rayondakı mənbədən “Axar.az”a daxil olan məlumata görə, Qaz İdarəsi rəisinin göstərişi ilə qaz borularına kompressorla adi hava vurulur.


Mənbə bildirir ki, hava qazla qatışmasa da, həcmdə qazın yerin tutur. Bu da sayğaclarda özünü göstərir. Yandırdığın qaz isə verəcəyin pula ekvivalent olmur, üstəlik qazın sıxlığı da azalır.

Tayon sakinlərindən “Axar.az”a göndərilən bu şəklin Sabirabadın Tərlan Novruzov küçəsində çəkildiyi qeyd edilir. Bildirilir ki, bu hadisə İ.İsgəndərov, R.Behbudov, M.Əsədov, İ.Qayıbov küçələrində də baş verir.

Rayon sakinlərinin redaksiyamıza göndərdiyi bu məlumat və fotofakta münasibət öyrənmək üçün Sabirabad rayon Qaz İdarəsinin rəisi Qənimət Səmədovla artıq iki gündür ki, əlaqə saxlaya bilmirik: idarənin telefonlarına cavab verən tapılmır.

Q.Səmədovun açıqlamasını almağa çalışırıq…
-

Geri qayıt