Əsas Səhifə > Dünya > TÜRKİYƏDƏ 130 NƏFƏR ŞƏXS HƏBS OLUNUB

TÜRKİYƏDƏ 130 NƏFƏR ŞƏXS HƏBS OLUNUB


13-02-2012, 12:08
TÜRKİYƏDƏ 130 NƏFƏR ŞƏXS HƏBS OLUNUB

ONLAR PKK İLƏ ƏLAQƏDƏ İTTİHAM OLUNURLAR

Bazar ertəsi Türkiyənin təhlükəsizlik qüvvələrinin terrorizmlə mübarizə ilə bağlı həyata keçirdiyi növbəti əməliyyat zamanı ölkənin müxtəlif şəhərlərində bir sıra terror aktlarında əli olmaqda və PKK terrorçularına kömək etməkdə şübhəli bilinən 130-a yaxın şəxs saxlanılıb. Trend-in məlumatına görə, bu barədə "TRT Haber" telekanalı məlumat verib.

Bundan əvvəl İstanbulda 10 və Qaziantep şəhərində 10 nəfərin saxlandığı barədə məlumat verilmişdi.

PKK silahlıları sistemli şəkildə həm dinc əhaliyə, həm də ölkənin təhlükəsizlik qüvvələrinə qarşı terror aktları təşkil edir.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.
Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyib.


Geri qayıt