Əsas Səhifə > Partiya > İSA QƏMBƏRDƏN “AVROVİZİYA” AÇIQLAMASI

İSA QƏMBƏRDƏN “AVROVİZİYA” AÇIQLAMASI


13-02-2012, 12:12
İSA QƏMBƏRDƏN “AVROVİZİYA” AÇIQLAMASI

MÜSAVAT BAŞQANI BU FÜRSƏTİ DƏ DƏYƏRLƏNDİRDİ

Müsavat başqanı İsa Qəmbər sosial şəbəkədəki virtual dostlarına müraciət edib. Müraciətin mətnini sizə təqdim edirik:

"Sayı 5 mini keçmiş dəyərli dostlarım!

Facebookda olduğum müddətdə ikinci dəfədir ki, sizlərə xahişim olacaq.

16 nəfər dostumuz və silahdaşımız 1 ilə yaxındır ki, vicdan məhbusu olaraq zindandadırlar. Bu ilin may ayında Bakıda Eurovision musiqi müsabiqəsi keçiriləcək. Biz artıq Müsavat Partiyasının və İctimai Paltanın adından bəyan etmişik ki, əgər yaxın həftələrdə bütün vicdan məhbusları azad edilməyəcəksə, bu müsabiqəni çoxsaylı vicdan məhbusları və siyasi məhbuslar olan bir ölkədə təşkil etmək niyyətində olan Əliyev rejimi müsabiqə ərəfəsində və zamanında ən müxtəlif sürprizlərlə qarşı-qarşıya qalacaq.

Bu sürprizləri biz birlikdə hazırlamalıyıq. Onlardan bəzilərini hazırlamaq üçün mən sizlərdən, xüsusən müsabiqəyə qatılan ölkələrdə yaşayan dostlarımdan xahiş edirəm ki, müsabiqədə iştiraka hazırlaşan müğənniləri müəyyənləşdirsinlər və onlara həm şəxsi müraciət, həm də ictimai kampaniya vasitəsi ilə aşağıdakı təklifləri çatdırsınlar:

1. Müğənnilər Bakıda müsabiqə günlərində, müxtəlif tədbirlərdə, xüsusən canlı yayımda—yarımfinallarda (22, 24 may), finalda (26 may) və mətbuat konfranslarında bildirsinlər ki, belə gözəl bir musiqi bayramının keçirildiyi bir zamanda Azərbaycanda vicdan məhbuslarının olmasından narahatdırlar, onların azadlığını istəyirlər, onlara salam deyirlər, mahnılarını onlara həsr edirlər və s.
2. Vicdan məhbuslarından hər hansı biri ilə yaşıd olan müğənnilər (aşağda vicdan məhbuslarının doğum tarixləri olan siyahını əlavə edirəm, müğənnilərin yaşını isə siz müəyyənləşdirə bilərsiniz) eyni qaydada 1-ci təklifdəki fikirlərlə yanaşı öz yaşıdının adını çəkərək salamlaya bilər.
3. Aşağıdakı siyahıdan görəcəyiniz kimi vicdan məhbuslarından Sahib Kərimov 26 mayda (düz final günü) anadan olub, Əhəd Məmmədlinin isə bu il 28 mayda 30 illik yubileyidir. Müğənnilər bu iki vicdan məhbusunu hər şeydən əlavə ad günü münasibəti ilə təbrik edə bilər.

Müğənnilərlə bağlı başqa ideyalar, təkliflər də ola bilər.
Aktiv olun!
Kreativ olun!
Mən inanıram ki, bu sürprizləri yaxşı hazırlasaq heç onları reallaşdırmağa ehtiyac qalmayacaq

VİCDAN MƏHBUSLARI

1. Zülfüqar Xeyrulla oğlu Eyvazlı – doğum tarixi: 26 fevral 1959 il
2. Elşən Əbdüləziz oğlu Həsənov – doğum tarixi: 4 noyabr 1959 il
3. Arif Mustafa oğlu Hacılı – doğum tarixi 22 yanvar 1962 il
4. Vidadi İsgəndər oğlu İsgəndərov – doğum tarixi: 02 may 1962
5. Arif Hacıbala oğlu Alışlı – doğum tarixi: 05 dekabr 1962 il
6. Şahin Malik oğlu Həsənli – doğum tarixi: 06 fevral 1968 il
7. Babək Qəzənfər oğlu Həsənov – doğum tarixi: 17 iyul 1973 il
8. Məhəmməd Çərkəz oğlu Məcidli – doğum tarixi: 07 sentyabr 1973 il
9. Sahib Fərman oğlu Kərimov – doğum tarixi: 26 may 1974 il
10. Bəxtiyar İlyas oğlu Hacıyev – doğum tarixi: 28 mart 1982 il
11. Əhəd Fərhad oğlu Məmmədli – doğum tarixi 28 may 1982 il
12. Tural Feyruz oğlu Abbaslı – doğum tarixi 13 sentyabr 1982 il
13. Elnur Arif oğlu İsrəfilov – doğum tarixi: 23.02.1983,
14. Ülvi Abdulla oğlu Quliyev – doğum tarixi: 6 mart 1985 il
15. Rüfət İbrahim oğlu Hacıbəyli - doğum tarixi 26 dekabr 1985 il
16. Elnur Arzuman oğlu Məcidli – doğum tarixi: 10 dekabr 1989 il”.


Geri qayıt