Əsas Səhifə > Sosial, Manşet > Türkiyədəki həbslər Azərbaycana da keçmək üzərədir

Türkiyədəki həbslər Azərbaycana da keçmək üzərədir


25-12-2013, 09:20
Türkiyədəki həbslər Azərbaycana da keçmək üzərədir
Ankara rəsmi Bakıya ilginc ittihamlarla dolu faktları ötürməyə hazırlaşır: Həbslər olacaq

DİA.AZ: - «Son günlər bir sıra məmurlara qarşı kampramat toplanması barədə xüsusi xidmət orqanlarına sifariş verilib. Araşdırılan məmurlar arasında hətta iki nazirin adı da var». Bu şok məlumatı redaksiyamıza hakimiyyət içindəki mötəbər mənbələr veriblər. Qaynaq iddia edir ki, hazırda Türkiyəni silkələyən məlum olayların Azərbaycanda böyük əks-sədası eşidilə bilər. Çünki Türkiyə polisinin araşdırmaları zamanı Azərbaycanın iki nüfuzlu məmurunun adı ilə bağlı kifayət qədər ciddi şübhələr ortaya çıxıb və Ankaradan Bakıya bu barədə müvafiq sənədlərin göndərilməsinə də tədarük görülür.

Məlumatı verən qaynaq bildirir ki, həmin sənədlərdəki ittihamlardan məlumatlı olan rəsmi Bakı Türkiyədən xəbər gəlməmiş hərəkətə keçə bilər: “Çünki, əks halda Azərbaycan iqtidarına böyük zərbə vurulmuş ola bilər”.

Xatırladaq ki, 2005-ci ildə milli təhlükəizlik nazirliyi hüquq-mühafizə orqanlarında bir mafiyalaşmış dəstənin izinə düşdülər. Nəticədə daxili işlər nazirliyinin yüksək çinli zabiti Hacı Məmmədov və onunla bərabər DİN-in üst düzəyinə aid onlarla nüfuzlu sima hədəfə alındı. Lakin günü bu gün də bu məsələdə kifayət qədər qaranlıq məqamların olduğu bildirilir. Çünki mətbuatda Hacı Məmmədovun hələ də MTN-nin təcridxanasında saxlanılması ilə bağlı şübhəli məqamlara yer verildi. Və ortaya bir sual kimi qoyuldu ki, nədən barəsində hökm verilən bu qatı cinayətkara digər məhbuslardan fərqli münasibət var.

Yəni bütün bunlar onu göstərir ki, hələ də Hacı Məmmədovla bağlı məqamlara tam işıq salınmayıb. Bəzi mənbələr isə iddia edirlər ki, Hacı Məmmədovun hələ də MTN-də saxlanılması sırf olaraq onun təhlükəsizlik məsələsi ilə bağlıdır. Çünki hər köçürülmə xəbəri yayılanda Hacı Məmmədovun adından mətbuata belə bir xəbər ötürülür ki, onun həyatına təhlükə var. Yəni o, özünü MTN-nin təcridxanasında tam təhlükəsiz hiss edir. Hətta buna rəğmən yenə də burada qaranlıq məqamları kimsə istisna etmir.

Son məlumatlardan isə aydın olur ki, bir qrup məmurun və eləcə də iki nazirin adının keçdiyi bir cinayətkar dəstə fəaliyyətdədir və bu dəstənin də Türkiyədəki məlum şəbəkə ilə ciddi əlaqələri olub: «Həmin dəstənin əsas suçu qadın alveri və orqan alveri ilə məşğul olan bir şəbəkəni yaratmaqdır. Məsələ o qədər ciddidir ki, bu barədə yuxarı instansiyalara təqdim olunan faktlardan əksəriyyət dəhşətə gəlib ».

Mənbə iddia edir ki, bu faktlar üzrə müvafiq hüquqi addımların atılması üçün xüsusi xidmət orqanları əmr gözləyirlər: «Əslində bu olaylar Hacı Məmmədovun törətdiyi cinayətlərdən də dəhşətlidir. Ona görə də işdə adları çəkilən nazirlər və məmurlar nəzarətə götürülüb. Onların bütün hərəkət trayektoriyaları izlənilir. Ola bilsin ki, yaxın günlərdə əmr verilsin».

Onu da xatırladaq ki, Hacı Məmmədovu ifşa edən «Qara Kəmər» əməliyyatı da bir günün içində planlaşdırılmamışdı. Və Hacı Məmmədovla bağlı məlumatların əslində MTN-də hələ 6-7 ay əvvəldən olduğu bildirilirdi. Lakin bu istiqamətdə araşdırmalar aparıldığından konkret tədbirlərin görülməsi yubadılırdı. Amma Hacı Məmmədovun nəhayətdə daha yüksək ranqlı məmurlara ilişməsi, onunla bağlı əməliyyatın start düyməsinin daha erkən basılmasına nədən oldu.

Anoloji əmrin hazırda da gözlənildiyini bildirən mənbəmiz onu da vurğuladı ki, bu işlə bağlı artıq xırda həbslər həyata keçirilib: «Bəlli cinayətkar dəstənin 3 nümayəndəsi həbsdədir və onların müvafiq ifadələri alınır».

Bizi izləyin…

Geri qayıt