Əsas Səhifə > Güney Press, Araşdırma > Ağdamda ikinci «işğal» başlayıb

Ağdamda ikinci «işğal» başlayıb


25-12-2013, 11:21
Ağdamda ikinci «işğal» başlayıb
Ağdamda əhaliyə məxsus olan və olmayan torpaq sahələri hissə-hissə ələ keçirilir. Bu barədə JAM.AZ-a məlumat verən rayon sakinləri bildirirlər ki, işğal altında olmayan Ağdam torpaqlarını ələ keçirən məmurlar işlərini həddən artıq böyüdüblər.

Məlumatlarda deyilir ki, torpaq işinə baxan əsas fiqur Ağdamın icra başçısı Nizami Sadıqovun müavini Allahverən Əliyevdir. İndiyə qədər onun yüzlərlə hektar torpaq sahəsini zəbt edərək, özünküləşdirdiyini bildirən camaat qeyd edir ki, proses hələ də davam edir. Belə ki, A.Əliyev Nizami Sadıqovun xeyir-duasını alaraq, həmin əraziləri gpenişləndirməklə məşğuldur.

Gələn məlumatlarda vurğulanır ki, Əliyevin bu qədər əl-qol aça bilməsi icra başçısı ilə əlbir şəkildə hərəkət etməsidir. Məsələn, onların birgə «layihə»lərindən biri Quzanlı qəsəbəsində Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) Ağdam şöbəsinin yaxınlığındakı restorandır. 35 min manata restoran alan «şərik»lər boş vaxtlarını orada keçirirlər. Məlumatlarda o da vurğulanır ki, həmin restoranı Gəncədən gələn iki qız işlədir.

JAM.AZ-a verilən bilgilərdə qeyd olunur ki, bundan başqa Quzanlı-Hindarx yolunda rayon sakinlərinə məxsus bir neçə hektar torpağı onların əllərindən alınaraq, yerində kafe və daş bazarı tikdirilib. A.Əliyevin Sahil adlı oğlunun isə Çəmənli kəndində böyük market və standartlara uyğun olmayan pendir sexi işlətdiyi iddia edilir. Deyilənlərə görə, həmin sexdə lisenziyasız dovğa və saçaq pendiri hazırlatdırılar. Bundan başqa bir neçə sahibkarın da sexlərini əllərindən alaraq, orada lisenziyasız süd məhsulları hazırlatdırdıqları vurğulanır.

Məlumatlarda o da vurğulanır ki, icra başçısı və müavininin bu addımları rayonda ciddi narazılığın əsasını qoyub. Hətta Quzanlı və digər kəndlərdə bununla bağlı narazılığın ən yüksək həddə çatdığı qeyd olunur. Ehtimal olunur ki, Ağdamda ən kiçik hadisə etirazların başlamasına rəvac verə bilər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt