Əsas Səhifə > Dünya > “MƏNİM KİMİ OLMAYIN!”

“MƏNİM KİMİ OLMAYIN!”


13-02-2012, 12:34
“MƏNİM KİMİ OLMAYIN!”

BİN LADENİN ÖVLADLARINA NƏSİHƏTİ AÇAQLANDI

Həyatını Qərbə qarşı savaşmaya həsr edən “Əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Laden öldürülməmişdən əvvəl uşaqlarına və nəvələrinə yaxşı təhsil almaqdan ötrü Qərb ölkələrinə getmələrini nəshət edib. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2011-ci ilin mayında ABŞ xüsusi təyinatlı qrupu tərəfindən Pakistanda ailəsi ilə birlikdə saxlandığı evdə öldürülən “Əl Qaidə” liderinin övladlarına və və nəvələrinə Qərb ölkələrində yaşayıb universitet təhsili almalarını və özünün etdiklərini təkrarlamamalarını tövsiyə etdiyi ortaya çıxıb.

Bin Ladenin beşinci arvadının qardaşı Zəkəriyyə əl Sabah İngiltərənin “Sunday Times” qəzetinə verdiyi açıqlamada deyib ki, bin Laden uşaqları və nəvələrinə onun kimi terrorçu olmasını istəmədiyini bildirib. Terrorçu lider uşaqları və nəvələrinə “mənim etmiş olduqlarım və etdiklərim şeyləri təkrarlamayın” nəsihətini verib. Onun sözlərinə görə, bin Laden onlara Avropa və ABŞ-a getməyi, yaxşı təhsil almağı nəsihət edibmiş.

2012-ci il may ayının 1-də xüsusi təyinatlı qrup İslamaabad yaxınlığındakı Abbottabad şəhərində bin Ladeni ələ keçirmək üçün əməliyyat gerçəkləşdirib.

Bin Ladenin gizləndiyi 2 mərtəbəli ev Pakistan hərbi akademiyasının bir neçə metrliyində yerləşirmiş.


Geri qayıt