Əsas Səhifə > Cəmiyyət, Manşet, Ana xəbərlər, Üst manşet > İsmət Abbasova yeni nazirdən şok zərbə gələ bilər

İsmət Abbasova yeni nazirdən şok zərbə gələ bilər


25-12-2013, 17:59
İsmət Abbasova yeni nazirdən şok zərbə gələ bilər
Heydər Əsədovun araşdırmaları ortaya ilginc faktların çıxmasına nədən olub

DİA.AZ: - Sabiq kənd təsərrüfatı naziri, hazırda baş nazirin müavini postunu tutan İsmət Abbasov problemlə ülzəşib. Bu haqda DİA.AZ-a daxil olan məlumatlarda deyilir. Anlaşılanı odur ki, keçmiş nazir əməlli-başlı ilişib. Mənbə iddia edir ki, özündən əvvəlki dönəmi təftiş etdirən indiki KTN şefi Heydər ƏSədov ilginc faktlar ələd edib ki, bu faktlar İsmət Abbasovu həbsə göndərmək üçün də yetərlidir.

Redaksiyamıza daxil olan informasiyada bildirilir ki, yeni nazir Heydər Əsədov araşdırmalar zamanı özündən əvvəlki nazir İsmət Abbasova yaxınlığı şübhə doğurmayan “SS” tikinti firmasının maxinasiyaları ilə bağlı maraqlı faktları aşkara çıxarıb. Daxil olan məlumatda bildirilir ki, İsmət Abbasov adıçəkilən həmin firmanın rəhbəri Saday Hümbətovla əvvəlcədən əlbir olaraq müəyyən tikinti işləri aparıb və büdcədən buna görə də böyük pullar əldə ediblər.

Büdcədən baytarlıq xidmətinin regionlarda idarələrinin tikintisi üçün Ağcabədi, Şəmkir, Göy-göl, Gəncə, Bərdə, Zərdab, Zaqatala və Ağstafa rayonlarında nəzərdə tutulan inzibati binaların tikintisi üçün 4-5 milyon manat pul ayrılmasına baxmayaraq firmanın rəhbəri Saday Hümbətov kənd təsərrüfatı nazirliyinin ən yüksək vəzifəli şəxslərilə qabaqcadan əlbir olaraq həmin vəsaitin 1-1,5 milyonunu talan edib. Nəticə isə olduqca acınacaqlıdır: Layihədə nəzərdə tutulan işlərin heç biri görülməyib, hətta özül üçün nəzərdə tutulan betonun tökülməsində belə çox böyük tikinti pozuntularına yol verilib.

Ən maraqlı məqamlardan biri isə ondan ibərətdir ki, bütün bunlar haqqqında dövlət başçısına, FHN, İqtisadi İnkişaf Nazirliyinə məlumat verildiyi halda həmin pozuntuların araşdırılması əvəzinə Baytarlıq Xidmətinin rəisi dövlət başçısına yalan məlumat verərək yazılı şəkildə tikintidə heç bir qanun pozuntusunun olmamasını bildirib. Bütün tikdiyi inzibati binalarda pozuntulara yol verən tikinti firması dövlət büdcəsindən ayrılan pulları talan edərək özü üçün ofis, maşın, mənzil alaraq pulu mənimsəyib. »SS» tikinti firmasının rəhbərliyi sabiq kənd təsərrüfatı naziri İsmət Abbasova arxalanaraq Baytarlıq Xidmətinin keyfiyyətini yüksəltmək əvəzinə öz maddi durumlarını yüksəldib.

Göründüyü kimi, İsmət Abbasovun »kırışalığı» altında fəaliyyət göstərən tikinti şirkəti ölkə qanunlarını ayaqları altana ataraq, heç kimdən çəkinmədən ciddi maliyyə maxinasiyaları ilə məşğul olub. Və bu faktlar artıq Heydər Əsədov tərəfindən ortaya çıxarılıb. Mənbə iddia edir ki, bu gün əldə olunan faktlar əgər “yuxarılara” olduğu kimi təqdim olunarsa, İsmət Abbasova ciddi zərbə vurlumuş olacaq.

Geri qayıt