Əsas Səhifə > Partiya > “ONLARIN BAŞINA GÖYDƏN DAŞ YAĞACAQ”
“ONLARIN BAŞINA GÖYDƏN DAŞ YAĞACAQ”3-10-2011, 12:31 |
QAT İŞGƏNCƏLƏRƏ ETİRAZ ETDİ “İşğalçı Ermənistanın nümayəndələrinin Bakıda keçirilən boks çempionatına qatılmasına etiraz edən bir qrup QAT üzvünün xüsusi qəddarlıqla həbs olunmasını, onlara işgəncə verilməsini qətiyyətlə pisləyirik”. Belə bir bəyanatla Qarabağ Azadlıq Təşkilatı (QAT) çıxış edib. Təşkilat bəyan edib ki, Azərbaycanın torpaqlarını zəbt edən və hələ də işğal altında saxlayan bir ölkənin hər hansı nümayəndəsinin ölkəmizə səfəri yolverilməzdir. Bu cür səfərlərin yalnız torpaqlar azad ediləndən və işğalçı ölkənin nümayəndələri Azərbaycan xalqı və dövlətindən üzr istədikdən sonra mümkün ola biləcəyini vurğulayıblar: “Çempionatın ilk günündə dinc aksiya keçirdik və tələblərimizi çatdırdıq. Təəssüf ki, bizim tələblərimiz erməni idman heyəti və Azərbaycan hakimiyyəti tərəfindən nəzərə alınmadı. Ona görə də daha radikal addıma əl atmalı olduq: rinqə çıxan erməni idmançısı və onun yardımçı heyəti daş atəşinə tutuldu. İşğalçı Ermənistanla “xalq diplomatiyası” oyunlarına gedən hər kəs bilməlidir ki, bu cür aksiyalarımız davamlı olacaqdır. Bəyanatla, dinc aksiyalarla irəli sürdüyümüz tələbləri başa düşmək istəməyənlər bilməlidirlər ki, onların başına göydən daş yağacaq və ya hər hansı digər radikal təzyiq formalarına məruz qalacaqlar. Bu xəbərdarlıq “xalq diplomatiyası” oyunbazlıqlarının istənilən iştirakçısına, məmura, idmançıya, şeyx və katolikosa, vətəndaş cəmiyyəti nümayəndələrinə və digərlərinə aiddir”. QAT onlara qarşı təzyiq və təqib edənləri, zor tətbiq edənləri Şəhidlərimizin ruhları qarşısında lənətlədiklərini bildirib və hər bir Azərbaycan vətəndaşını düşmənə qarşı sonsuz nifrət və qisas ruhunda olmağa, Vətən, Dövlət qarşısında öz borcunu yerinə yetirməyə çağırıb. Geri qayıt |