Əsas Səhifə > Dünya > Suriyada iqtidarla müxalifət ilk dəfə olaraq anlaşdılar
Suriyada iqtidarla müxalifət ilk dəfə olaraq anlaşdılar26-12-2013, 10:09 |
Dəməşqin Mudəmiyyətuş-Şam bölgəsində müxalifət qüvvələri ağır silahlarını hökumətə təhvil verəcəklər. SalamNews-un əl-Məyadin telekanalına istinadla verdiyi xəbərə görə, bu barədə tərəflər arasında vasitəçilik edən “Sülh Komitəsi” bildirib. Komitənin məlumatına əsasən, silah təhvili qarşılığında bölgəyə qida və ərzaq məhsullarının idxalına icazə veriləcək. Bölgədəki sakinlər mühüm obyektlərdən ölkə bayrağını asacaqlar. Bu, onların təslim olmalarından xəbər verir. Hökumət ordusunun bölgəyə daxil olub-olmayacağı barədə isə təzadlı xəbərlər yayılır. Elan olunmuş atəşkəsə baxmayaraq, Dəməşqin beynəlxalq hava limanı yaxınlığında yerləşən qaz kəməri müxalifət qüvvələri tərəfindən partladılıb. Nəticədə paytaxt ötən gecə işıqsız qalıb. Suriya İnsan Hüquqları Müşahidəçi Qrupunun açıqladığı ilkin statistikaya əsasən, ötən günün qarşıdurmaları nəticəsində 70-dən artıq insanın ölümü qeydə alınıb. - Geri qayıt |