Əsas Səhifə > Partiya > LALƏ ŞÖVKƏTİN BİRLİYİ YARADILIR
LALƏ ŞÖVKƏTİN BİRLİYİ YARADILIR13-02-2012, 13:12 |
“ONLAR DA GÖZLƏYİRLƏR Kİ, İP ÖZ MÖVQEYİNİ MÜƏYYƏNLƏŞDİRSİN” Azərbaycan Demokrat Partiyasının sədri müxalifətin bir araya gəlməməsinin günahını öz həmkarlarında görür. "İctimai Palata istəyir ki, müxalifətin güc mərkəzi kimi çıxış etsin. Bu da mümkün deyil. Çünki orada siyasi partiyalar deyil, ayrı-ayrı vətəndaşlar yığışıb. Yəni belə bir gücün müxalifətin siyasi güc mərkəzi kimi təqdim edilməsi mümkün deyil", - bunu bazar ertəsi Trend-ə açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib. Qeyd edək ki, bir müddət öncə müxalif Demokrat (ADP) və Ümid partiyalarının birləşdiyi "Qarabağ" siyasi bloku müxalifət partiyalarına birliklə bağlı məktub ünvanlamışdı. Məktubda müxalifətin birləşməsinin vacibliyi vurğulanmışdı. Təşəbbüsün reallaşmamasının səbəbindən danışarkən Cəlaloğlu qeyd edib ki, digər tərəfdən subyektiv bir amil var ki, İP-nin təşkil olunması zamanı burada müəyyən bir insidentlər yaranmışdı. "Onlar da psixoloji olaraq bəzi güclərin İP-də bir araya gəlməsinə imkan vermir. Bu, birinci səbəbdir. İkinci bir səbəb ondan ibarətdir ki, biz müxalifətin tamamilə yeni bir layihə ilə, tamamilə yeni bir ideya ilə bir araya gəlməsini məqsədəuyğun hesab edirik", - partiya sədri qeyd edib. Cəlaloğlu deyib ki, hələlik Lalə Şövkət və onun ətrafındakı qüvvələr birliyin yaradılmasına razıdırlar. Onlar da gözləyirlər ki, İP öz mövqeyini müəyyənləşdirsin. Onun fikrincə, hamı bu təşəbbüsdə olacağı təqdirdə bu, alına bilər. İP də belə bir təşəbbüslə çıxış etsəydi, bu məsələ alınardı. "Çox təəsüf ki, İP-nin hələ belə bir təşəbbüsü yoxdur. Ona görə də hələlik dediyimiz mərkəz alınmır. İP açıq şəkildə bu ideyanı yaxına buraxmaq istəmir. İP hesab edir ki, artıq onlar yaranıblar, nəsə bir yeni ideya, fikir varsa, onu İP çərçivəsində reallaşdırmaq məqsədəuyğundur", - Cəlaloğlu vurğulayıb. Geri qayıt |