Əsas Səhifə > Güney Press, Araşdırma > RƏSMİ BAKI NABUCCO-NU GÜNDƏMDƏN ÇIXARDIB

RƏSMİ BAKI NABUCCO-NU GÜNDƏMDƏN ÇIXARDIB


13-02-2012, 13:17
RƏSMİ BAKI NABUCCO-NU GÜNDƏMDƏN ÇIXARDIB

İQTİDAR MƏTBUATINDA BU MEQAPROJENİN ƏLAHİDDƏ ANALİZİ APARILIR

Deyəsən, Azərbaycan qazının Avropaya nəqli uğrunda mübarizəni bu gün ITGI (Türkiyə - Yunanıstan - İtaliya) və TAR (Yunanıstan - Albaniya - İtaliya) layihəsi ətrafında toplanan şirkətlər aparır. Avropa İttifaqının 10 ilə yaxın azarkeşlik etdiyi və ABŞ-ın dəstəklədiyi Nabucco müxtəlif mənbələrdən gələn siqnallara əsasən, artıq təkcə biznes strukturlarda yox, siyasi dairələrdə də ciddi qəbul edilmir.

Azərbaycanla Türkiyə arasında 3,5 il çəkən danışıqlardan sonra 25 oktyabr 2011-ci ildə qaz paketi sazişi imzalandı və Qərbin Xəzər qazı almaq ümidi ili nəfəsi genəldi. O vaxt Qərb KİV-i Nabucco barədə ümidverici yazılar verdi. Onlara əsasən, hətta 20 mlrd m3 türkmən qazının nəqli asan olacaqdı. Yəni Nabucco davamını əldə etdi: o, Bakıya qədər uzanır və 12 sentyabrda Aİ-nin tikintisinə qərara verdiyi Transxəzər qaz kəməri ilə birləşir.

Amma 26 dekabr 2011-ci ildə Bakı ilə Ankara arasında Trans Anadolu (TANAP) boru kəmərinin çəkilişi barədə hökumətlərarası saziş bağlanandan sonra hər şey dəyişdi: Məlum oldu ki, yeni kəmərdə "ilk skripka" (operator) ARDNŞ olacaq. Onun 80% iştirak payı var. BOTAS və TPAO türk şirkətlərinin hərəsi 10% paya malikdir. Layihə oraya daxil olmaq istəyən şirkətlər üçün açıqdır. Amma pay almaq üçün onlar ARDNŞ ilə danışıqlar aparmalıdırlar.

Bu müddətdə Türkiyədən Avropaya tədarük marşrutu seçiminin vaxtı bir neçə dəfə dəyişdi. Hərçənd ARDNŞ bəyan edirdi ki, 2012-ci il I rübün sonu üçün bu işi başa çatdıracaq.

Ötən həftənin sonunda yerli mətbuatda iki məqalə çıxdı. Onların müəllifləri Azərbaycan Prezidentinin Administrasiyası ilə rəsmi şəkildə bağlıdır. Bu onu göstərir ki, Nabucco artıq Azərbaycan qazının Avropaya nəqli üzrə mümkün iddiaçılar sırasından çıxarılıb.

Onların birincisində müəllif (Rövşən İbrahimov, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi xarici siyasətin analizi şöbəsinin müdiri) yazır ki, ": 2012-ci ildə Nabucco-ya nöqtə qoyub rekviyem sifariş vermək olar". O, Nabucco ilə bağlı səhvləri sadalayır (qaz mənbəyinin düzgün seçilməməsi, hökumətlərlə danışıqlar apara bilməmək, ilkin mərhələdə hökumətin köməyinin inkarı, şirkətlərin kiminsə xammal verəcəyinə ümidi və s.). Və Nabucco ilə bağlı belə nəticə çıxarır: "Nəzəri cəhətdən belə düşünmək olar ki, Nabucco-nun həyata keçirilməsi imkanı yoxdur. Bu səbəblərdən başqa, Azərbaycan və Türkiyənin TANAP layihəsini həyata keçirmək istəməsi də mühümdür. Bununla əlaqədar, Nabucco-nu doldurmağa heç nə qalmayacaq:"

Prezident Aparatının qeyri-rəsmi resursu olan 1news saytında verilən ikinci məqalədə müəllif (Rəhman Hacıyev, "Bakınskiy raboçiy" qəzetinin baş redaktoru) Nabucco-nu (onu ölü layihə adlandırır) təhlil edir və bu layihənin "Azərbaycandan niyə qaz almadığını" izah edir.

O yazır ki, Nabucco-nun layihə gücü ildə 30 mlrd m3 planlaşdırılırdı. Bunu təkcə "Şahdəniz"lə təmin etmək mümkün deyil. 2002-ci ildən bu günə kimi Nabucco konsorsiumu kəməri doldurulması üzrə aydın plana, ilkin qiyməti 8 mlrd avro olan kəmərin tikintisi üçün lazım olan maliyyə mənbəyinə (BP-nin hesablamasına görə, - 14 mlrd avro, deyə Guardian yazır) malik deyil.

Sonra Hacıyev yazır ki, əvvəllər Azərbaycan bu layihəni kəskin tənqid etməyib, Avropalı tərəfdaşları hərəkət etməyə çağırıb.


Geri qayıt