Əsas Səhifə > Dünya > BAŞ NAZİRİN ANASI REANİMASİYADA
BAŞ NAZİRİN ANASI REANİMASİYADA3-10-2011, 12:34 |
TƏNZİLƏ XANIMIN ÖD KİSƏSİ ÇIXARILIB Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın anası Tənzilə Ərdoğan reanimasiyadadır. “Qaqfazinfo”nun Türkiyənin “Milliyət” qəzetinə istinadən verdiyi xəbərə görə, Baş nazirin anası sentyabrın 30-da qarın nahiyəsində əmələ gələn ağrılar və yüksək hərarətlə əlaqədar İstanbul Medipol xəstəxansına yerləşdirilib. Xəstəxananın yaydığı yazılı açıqlamada bildirilir ki, Tənzilə Ərdoğanın üzərində öd kisəsinin çıxarılması əməliyyatı aparılıb və xəstə reanimasiyaya yerləşdirilib. Baş nazir Ərdoğanın dünən anasını ikinci dəfə ziyarət etdiyi bildirilir. Baş nazir xəstəxanada olarkən həyat yoldaşı Əminə Ərdoğan da müalicə müəssisəsinə gəlib. Baş nazir xəstəxanadan xanımı Əminə Ərdoğan və qızı Sümeyyə Ərdoğanla çıxıb. Geri qayıt |