Əsas Səhifə > Güney Press, Araşdırma > Şamaxının dindarları kürsü davasına çıxıb
Şamaxının dindarları kürsü davasına çıxıb27-12-2013, 10:06 |
Son zamanlar Şamaxı dindarları arasında böyük qalmaqallar yaşanmaqdadır. Rəhmətlik Hacı Mustafanın vəfatından sonra Cümə məscidində Qazi və imam olmaq üstündə gedən mübarizələrin əsas səbəbi ziyarətgahlardan yığılan nəzirlərin bölüşdürülməsidir.İndi özünüz fikirləşin, heç bir hesabı yox, vergi orqanlarından kənar biznes obyektidir bu nəzir qutuları. Təkcə Pirsaat ziyarətgahından gün ərzində 5-6 min manat pul yığılır, qurbanlar kəsilir. Mən hələ Dədəgünəş, Şıx Eyyub, Həzirət Baba və digər ziyarətgahları demirəm. Pirsaat pirinə nəzarət edən Hacı Mərhəmət və Qazi Hacı Salmanın başları bu nəzirlərə elə qarışıb ki, hər kənddə bir təriqət yaranıb. Məlhəm, Adnalı, Carhan, Nüydü kəndləri vahabilərin və Xavariclərin, Sabir qəsəbəsi, Çaylı Kəndi, Nurçular, digər kəndlər isə Şiyələr və Sünnülər arasında bölünür... Demək olar ki, bunların heç biri Qazini və yaxud baş imamı eşitmirlər. Bayram namazlarını hərə bildiyi kimi qıldırır. İnanıram ki, bu qısa qeydlər Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbərliyinin, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrini düşündürəcək. Elə olmasın ki, sonra bəzi problemlər həlledilməz olsun. Hamımız bilirik ki, yanğının qarşısını almaq, ona nəzarət etmək onu söndürməkdən çox-çox asandır... Dini maarifləndirmə kimin vəzifəsi və işidir? Şamaxı rayonunda dini maarifləndirmə ilə bağlı problemlər olduğunu bilməyən yoxdur. Bizim fikrimizcə, bu məsələdə sağlam müzakirələr aparılmadığından Şamaxı Cümə məsçidi bu sahədən uzaq dindarların olduğu məsçidə çevrilir. Məsələn, Hacı Mərhəmət heç bir dini təhsil almayıb, saxta diplomla çalışır. Sadəcə bir sual vermək bəs edər: Hacı, təhsil aldığınız yerdə sizin tələbə yoldaşlarınız və müəllimləriniz kim olub? \ tezadlar \ Geri qayıt |