Əsas Səhifə > Partiya > HARVARD MƏZUNLARI BU DƏFƏ KLİNTONA MÜRACİƏT EDİRLƏR

HARVARD MƏZUNLARI BU DƏFƏ KLİNTONA MÜRACİƏT EDİRLƏR


13-02-2012, 16:41
HARVARD MƏZUNLARI BU DƏFƏ KLİNTONA MÜRACİƏT EDİRLƏR

BƏXTİYAR HACIYEVƏ DƏSTƏK

Bəxtiyar Hacıyevin hüquqlarını müdafiəsi üçün qurulmuş ABŞ komitəsi növbəti imza toplama kampaniyasına başlayıb.Bəxtiyar Hacıyevin Harvard qrup yoldaşları bu dəfə onun azad edilməsi üçün ABŞ dövlət katibi Hillary Klintona müraciət edirlər. Məktub Harvard tələbə və məzunları, müəllim və professor heyəti tərəfindən imzalanır.

Komitə Bəxtiyar Hacıyevin həbsinin siyasi motivli olmasına diqqət çəkərək, onun Amnesty International, Human Rights Watch kimi təşkilatların hesabatında vicdan məhbusu kimi tanınmasını vurğulayır və 20 fevralda keçirələcək Apellyasiya məhkəməsi öncəsi dövlət katibini Azərbaycan hökümətinə Bəxtiyar Hacıyevin azad edilməsi üçün müraciət etməyə səsləyirlər: “Birləşmiş Ştatlar Azərbaycan üçün önəmli tərəfdaşdır və biz sizin rəhbərliyinizdən xahiş edirik ki, Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan hökümətinə Bəxtiyar Hacıyevin azad edilməsi üçün təsir göstərəsiniz. Biz inanırıq ki, ABŞ-ın öz müttəfiq və tərəfdaşları ilə əlaqələri demokratiya, insan hüquqları, fərqli fikirlərin azadlığının təmin edilməsi öhdəliyini də özündə ehtiva etməlidir.”

Cənab Hacıyev, demokratik ideyaların və ədalətin təmin edilməsi üçün dərindən çalışır. Onun həmkarları kimi biz Bəxtiyarı öz həyatını Azərbaycanın ictimai maraqlarına xidmət etməyə həsr etmiş ağıllı, dürüst və həssas bir insan kimi tanıyırıq.

Biz aşağıda imza edənlər, ehtiramla, Sizi Azərbaycan Prezidenti İlham Əliyevi insan hüquqlarını qorumağa və Bəxtiyar Hacıyevi dərhal və qeyri-şərtsiz azad etməyə çağırmanızı xahiş edirik.”

Xatırladaq ki, bundan qısa zaman öncə Harvard məzunları prezident İlham Əliyevə müraciət edərək, Bəxtiyar Hacıyevi azad etməyə səsləmişdilər. Həmin məktub 823 imza ilə Azərbaycanın ABŞ-dakı səfirliyinə təqdim edilmişdi.

Gənc fəal, ABŞ-ın Harvard universiteti məzunu, keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyev 2011-ci ilin martında Gəncədə tutulub və 2 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib. Penitensiar Xidmətin Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.“Amnesty İnternational”, “Human Rights Watch” və bir çox başqa beynəlxalq qurumlar Bəxtiyar Haciyevi vicdan məhbusu kimi tanıyır və onun dərhal azadlığa buraxılmasını tələb edir.


Geri qayıt