Əsas Səhifə > Cəmiyyət, Manşet, Ana xəbərlər > «Bank of Azerbaijan» futbol qumarına şərikdir

«Bank of Azerbaijan» futbol qumarına şərikdir


27-12-2013, 15:13
«Bank of Azerbaijan» futbol qumarına şərikdir
Hər ay bu bank yatırılan pullardan böyük qazanc götürür

DİA.AZ: - Bu gün ən gəlirli ünvanlardan biri də rəsmiləşmiş futbol qumarıdır desək, yanılmarıq. Hər halda, hazırda minlərlə azərbaycanlı birdən-birə varlanmaq sevdası ilə hər gün futbol oyunlarına «stavka» edir ki, bunun da nəticəsində əsas olaraq qazananı təbii ki, futbol qumarını monapoliyasında saxlayan qüvvələrdir.

Elə DİA.AZ olaraq redaksiyamıza daxil olan informasiyalardan da aydın olur ki, əslində futbol qumarı konkret olaraq inhisar altında olmaqla yanaşı, bu sahəə kənar müdaxilələr, bu sahədə özfəaliyyət istisnasız olaraq qeyri-mümkündür. Bu isə futbol qumarını nəzarəti altında saxlayan qüvvələrin nüfuzu ilə birbaşa əlaqədardır.

Qeyd edək ki, redaksiyamıza bu istiqamətdən çox ilginc faktlar ötürülüb və geniş araşdırmalara başlamışıq. Yaxın vaxtlarda daha dolğun bilgiləri diqqətinizə çatdıracağıq. Hələliksə…

Redaksiyamızın əldə etdiyi bilgilərə görə, bu gün futbol qumarı konkret olaraq Dövlət Nefti Şirkətinin rəhbərliyinin nəzarəti altındadır. Amma burada müəyyən proporsiyalar var. Yəni ARDNŞ şefi Rövnəq Abdullayev futbol qumarını tək olaraq əlində saxlamır. Tanınmış iş adamı Hafiz Məmmədov və daha bir neçə sima bu işdə şərik görünür ki, bu barədə növbəti materialımızda əsas məlumatları təqdim edəcəyik.

Lakin bu dəfəlik olaraq futbol qumarına dəstək verənlər, daha doğrusu, bu biznesdən gəlir əldə edən daha bir struktur haqqında məlumat vermək istəyirik. Söhbət «Bank of Azerbaijan»dan gedir.

Xatırladaq ki, bu bankın başı üzərində müxtəlif oyunlar oynanılıb və son olaraq belə bir məlumat da yayıldı ki, guya «Bank of Azerbaijan» nəqliyyat naziri Ziya Məmmədovdan alındı. Hətta keçmiş «ZQAN» indiki «Qarant» holdinq rəhbərliyinin bu barədə açıqlaması da oldu. Lakin reallıq onadn ibarətdir ki, hələ də «Bank of Azerbaijan» üzərində Məmmədovların nəzarəti saxlanılır.

Əldə etdiyimiz bilgilərdən isə aydın olur ki, bu gün futbol qumarında yatırılan bütün pullar məhz «Bank of Azerbaijan»da dövr edir ki, bu da asan yolla külli miqdarda gəlir əldə etməkdir.

Daha geniş bilgiləri yaxın vaxtlarda. Bizi izləməkdə davam edin…

Geri qayıt