Əsas Səhifə > Siyasət, Manşet > İCRA BAŞÇILARI BAKIYA ÇAĞRILIB
İCRA BAŞÇILARI BAKIYA ÇAĞRILIB14-02-2012, 11:45 |
BƏZİ RAYON RƏHBƏRLƏRİNİN ADI KORRUPSİYA FAKTLARINDA HALLANIR DİA.AZ: - Bir müddət əvvəl məlumat verərək bildirmişdik ki, bir sıra rayonlarda korrupsiya ilə bağlı yoxlamaların həyata keçirilməsi planlaşdırılır. Redaksiyamıza bununla bağlı yeni informasiyalar daxil olub. Məlum olur ki, artıq rayon rəhbərlərinin bəziləri ilə bağlı real faktlar üzərə ittihamlar səsləndirilir. «Dünya» İnformasiya Agentliyi redaksiyasını (dia-az.life) bu barədə məlumatlandıran hökumət içindəki qaynağın sözlərinə görə, 8 rayonunun icra başçısı ilə bağlı korrupsiya ittihamı mövcuddur: «Onların arasında Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayevin və Samuxun icra başçısı Vilyam Hacıyevin də adları var». Məlumatlara görə, daha 6 rayonunun icra başçısı da anoloji ittihamla üzləşib: «Onları təcili olaraq Bakıya çağrılıblar və ola bilsin ki, onların bəzilərindən hətta ifadələr də alınsın. Təbii ki, bunu icra başçıları üçün bir növ pul tələsi də hesab etmək olar. Yəni kimin pulu varsa, «kəfəni yırtacaq», kimin yoxdursa, onun durumunun ağır olacağı şübhəsizdir». Onu da xatırladaq ki, Dünya Bankı ilə korrupsiyaya qarşı mübarizədə ortaq hərəkət edən Azərbaycan hökumətinin icra strukturlarında tücyan edən korrupsiya faktlarının aşkarlanaraq, tədbirlərin görülməsi yönündə bir öhdəliyi də mövcuddur. Buna görə də son yenilikləri bu qəbildən hesab etmək olar. Geri qayıt |