Əsas Səhifə > Üçüncü sektor > QHT BİRLİKLƏRİNİN XOCALI AKSİYASI
QHT BİRLİKLƏRİNİN XOCALI AKSİYASI14-02-2012, 11:51 |
QURUMLAR SOYQIRIMIN TƏBLİĞİ İDEYASI ƏTRAFINDA BİRLƏŞDİ QHT Əməkdaşlıq Alyansı, Milli QHT Forumu və Qadın QHT Forumunun Xocalı Soyqırımının 20-ci ildönümü ilə bağlı birgə toplantısı keçirilib. Toplantıda Xocalı soyqırırmı ilə bağlı QHT Əməkdaşlıq Alyansının başlatdığı bir sıra tədbirlər planı müzakirə edilib. Alyansın əlaqələndiricisi Rufiz Qonaqov DİA.AZ-a bildirib ki, Alyans artıq bir sıra tədbirlər planı hazırlayıb. Törədilən soyqırımın 20-ci ildönümündə QHT-lər brgə fəaliyyət göstərərsə, faciəni daha geniş auditoriyaya çatdırmaq mümkündür. Ona görə də ənənəvi deyil, daha yeni informasiya resurslarından istifadə olunmalıdır. Alyansın Şura üzvü Xanoğlan Əhmədov görüləcək işlərlə bağlı məlumat verib. Şura üzvü Razi Nurullayev Xocalı soyqırımı ilə bağlı başlanan internet aksiyası ilə bağlı fikirlərini bildirib. O, bildirib ki, artıq 10 minlərlə Facebook sosial şəbəkəsinin istifadəçisi öz profilini dəyişərək, Xocalı faciəsini əks etdirən şəkillər yerləşdirib. Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış edərək bildirib ki, Forumda da bu tip aksiyalar indiyə qədər də reallaşdırılıb və bu fəaliyyətlər bundan sonra da davam etdiriləcək. Görüşün yekunu olaraq, birgə fəaliyyət addımları müəyyənləşdirilb. Qərara alınıb ki, 16 fevral saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi və iştirakı ilə Milli QHT Forumunun və QHT Əməkdaşlıq Alyansının birgə mətbuat konfransı keçirilsin. Mətbuat konfransına ölkədə fəaliyyət göstərən bütün QHT birlikləri və QHT-lərin, faciə şahidlərinin və iştirakçılarının da dəvət olunması qərara alınıb. Bununla bağlı iş bölgüsü aparılıb. Daha sonra tədbirlər planının növbəti mərhələləri müəyyənləşdirilib. Görüşdə QHT Əməkdaçlıq Alyansı, Milli QHT Forumu və Qadın QHT Forumunun bu tədbirlərə bütün QHT-lərin qoşulması üçün QHT koalisiyalarına və QHT-lərə birgə müraciəti nəzərdə tutulub. Müraciətdə bildirilir ki, “Hamımız Xocalılıyıq” devizi altında birləşmək və bu soyqırımın dünyaya çatdırılmasında hər hansı aksiyada fəallıq göstərmək bizim vətəndaşlıq borcumuzdur. Geri qayıt |