Əsas Səhifə > Sosial, Manşet > AZƏRBAYCANA QARŞI MOLLA ŞOUSU

AZƏRBAYCANA QARŞI MOLLA ŞOUSU


14-02-2012, 12:11
AZƏRBAYCANA QARŞI MOLLA ŞOUSU

İRAN İNDİ DƏ DİPLOMATIMIZI TƏLƏBƏLƏRİN DİLİ İLƏ HƏDƏLƏYİR

DİA.AZ: - Fars-molla rejimi indi də Azərbaycanın İrandakı səfirinin məsləhətçisi İörahim Qafarovu hədəfə alıb. Bildirək ki, artıq bəzi fars xəbər portallarında hətta diplomatımızın ünvanına təhqiramiz ifadələr də işlədilir, onun «gey» olması iddia olunaraq, İrandan qovulması da tələb edilir.

Təbii ki, bu fitiraların əsl səbəbi hər kəsə məlumdur. Ən azından düşmən Ermənistana bir sipərə çevrilmiş rəsmi Tehranın Azərbaycanla hansı müstəvidə uzlaşmadığı hər kəsə aydındır. Çünki Azərbaycan dövləti öz hüdudlarını molla rejiminin xəstə təxəyüllü üçün poliqona çevirməkdən imtina edib və İran agenturası Azərbaycan torpaqlarında ciddi şəkildə təqib olunmaqdadır.

Digər yandan, müstəqil Azərbaycan dövlətinin varlığını özünə qarşı təhlükə hesb edən fars-molla rejimi üçün artıq nə İslam dininin, nə də Azərbaycan əhalisinin böyük çoxluğunun tapındığı şiə məzhəbinin heç bir önəmi yoxdur. Əgər bunun əksini iddia edənlər varsa, ən azından İran-Ermənistan əlaqələrindəki əlahiddə məhrəmliyə bir nəzər salsalar, yaxşı olardı.

DİA.AZ-ın İran xəbər portallarında müşahidə etdiklərindən o da aydın olur ki, fars təbliğat maşını Azərbaycanın İranda çalışan diplomatı İbrahim Qafarovu az qala «xalq düşməni» elan edərək, onu nüfuzdan salmağa və bu yolla da azərbaycan dövlətinin adını ləkələməyə çalışır. Həmin materiallardan birini olduğu kimi diqqətinizə çatdırırıq:

«Tehran Universitetinin bir qrup tələbəsi bir bəyanat verərək Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin 2-ci adamının təhqiramiz açıqlamasına reaksiyada İranın Xarici İşlər Nazirliyinin gecikməsinə etiraz edib.

RəcaNews-un məlumatına görə tələbələrin bəyanatında bildirilir: “Dünyada İslamın qüdrət tumurcuğunun çiçəkləndiyi bir halda xalqımız hər gün qonşu Azərbaycan Respublikasının şiə və müsəlman xalqının vəziyyətindən qeyri-münasib xəbərlər eşidir. Məscidlərin dağılması, hicab qadağası qanunun təsdiqlənməsi və icra olunması, hicab qadağası qanununa etiraz edənlərin uzun müddətli həbsləri, Hüseyn əzadarları ilə vəhşicəsinə davranış, şiələrin mənzillərinin dağıdılması və təqlid mərcələrinin risalələri və islami dua kitablarının yayılmasının qadağan olunması bu ölkədə gündəlik və adi məsələlərə çevrilib. Təəssüfləndirici və təsirləndirici haldır ki, Azərbaycan Respublikası hökuməti müsəlmanların külli miqdarda pulunu bədnam musiqi festivalının keçirilməsi üçün olan tədarüklərə xərcləyib. Bu bədnam festival fəsadlı qərb dünyasında da heç bir xoş ada malik deyil və onun homoseksuallara aid olduğuna görə bir çox ölkələr onun öz ərazisində keçirilməsindən çəkinirlər. 20% torpağı işğal altında olan hökumət işğal olunmuş ərazilərin geri qaytarılması üçün öz xalqının vətənpərvərliyi, dini qeyrəti və iradəsinə hörmətlə yanaşmaq əvəzinə bədnam musiqi festivalı keçirir və onunla fəxr edir. Bəlkə də biz tələbələr Azərbaycan Respublikasının fəsadlı hökumətinin zərərverici addımlarında qəflətdə olmasaydıq, İran İslam Respublikası Televiziya və Radio Təşkilatı nümayəndəsinin Bakı hava limanından qaytarılması, Böyük Rəhbərin Bakdakı nümayəndəliyinin ofisinə qarşı cəsarət, İmam Xomeyni (rə) İmdad komitəsinin Bakdakı nümayəndəliyinin bağlanması, İran İslam Respublikasına qarşı fitnədə Azərbaycan rəsmilərinin qərb və sionist rejimin casusluq xidmətləri ilə utanc verici əməkdaşlığı və şəhid Şəhriyari və Əhmədi Rövşən kimi şəxslərin terror olunması cinayətlərinin şahidi olmazdıq.

Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin 2-ci adamının təhqiramiz sözləri onun ölkədən tez bir zamanda çıxarılmasında heç bir şəkk-şübhəyə yer qoymayıb. Lakin sübutlar bu təhqiramiz sözlər qarşısında zamanında reaksiyanın verilməsində İranın Xarici İşlər Nazirliyinin gecikdiyini göstərir”».


Geri qayıt