Əsas Səhifə > Dünya > MOLLALARIN GƏLHAGƏLİDİR
MOLLALARIN GƏLHAGƏLİDİR14-02-2012, 12:32 |
İRANDA BÖYÜK EHTİYATI OLAN YENİ NEFT YATAĞI TAPILIB İranda yeni neft yatağı kəşf edilib. “APA-ECONOMICS”-in “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Neft Arama Milli Şirkətinin rəhbəri Mahmud Muhaddis bildirib. Onun sözlərinə görə, yeni kəşf edilən yataqda xeyli neft ehtiyatı var: “Ancaq bununla bağlı detalları yaxın günlərdə İranın Neft Nazirliyi açıqlayacaq. Ümumiyyətlə, şirkətimiz 2011-ci ilin əvvəlindən indiyədək 5 yeni neft yatağı kəşf edib”. Qeyd edək ki, İranda daha əvvəl “Həyyam” neft yatağı və “Mədar” təbii qaz yatağının kəşf edildiyi açıqlanmışdı. Geri qayıt |