Əsas Səhifə > Şou-biznes > “ELZA XANIMIN BU FİKRİNDƏN XƏBƏRSİZİK”

“ELZA XANIMIN BU FİKRİNDƏN XƏBƏRSİZİK”


14-02-2012, 12:43
“ELZA XANIMIN BU FİKRİNDƏN XƏBƏRSİZİK”

“ÇOX GÖZƏL İNSANDIR, BİZ ONUNLA YOL YOLDAŞI OLMUŞUQ”

Bir neçə gün əvvəl verilişlərin birində oğlunun ikinci evlilik planından danışan əməkdar artist Elza Seyidcahan gözaltı etdiyi qızların adını çəkib.

Xatırladaq ki, elə də geniş olmayan siyahıya sənətçi qızların adları daxil edilib ki, bunlardan da biri Safura Əlizadədir. Elza xanım deyib ki, əgər belə bir izdivac baş tutarsa, Safuraya gələcək karyerasında dəstək olmağa çalışacaqlar.

Safuranın ona ekrandan edilən elçiliyə cavabı Milli.Az-da oldu. Daha doğrusu, çəkilişdə olduğundan qızına hər zaman dəstək olan anası Nailə xanım danışdı:

"Elza xanımın bu fikrindən xəbərsizik. Safuraya gəlincə, hələ 19 yaşındadır. Mənim gözümdə isə hələ uşaqdır. Amma kimi seçib ailə həyatı qurmaq istəsə, hörmətlə yanaşacam. Şəxsi həyatına müdaxilə etməyəcəm. Amma bilirəm ki, bu gün onun ailə həyatı qurmaq istəyi yoxdur. Ancaq yaradıcılığını düşünür".

Nailə xanım Elza Seyidcahanla münasibətlərinin də yaxşı olduğunu dedi:

"Çox gözəl insandır. Biz onunla yol yoldaşı olmuşuq. Onun necə gözəl ürəyə sahib olduğunu bilirəm. Heyf ki, bəzən onu tanımayanlar kənardan mənfi fikir bildirirlər. Amma onu yaxından tanısalar, bu cür düşünməzlər".

İki gün əvvəl "Eurovision"un milli seçim finalında proqramla çıxış edən Safura nəticənin ürəkaçan olduğu qənaətindədir. Anası deyir ki, vacib olan - finalistin ölkəmizi layiqincə təmsil etməsidir.


Geri qayıt