Əsas Səhifə > Şou-biznes > NİSƏ QASIMOVA İNCİYİB

NİSƏ QASIMOVA İNCİYİB


14-02-2012, 12:46
NİSƏ QASIMOVA İNCİYİB

“APARICI MƏNƏ AĞZIMI AÇMAĞA İMKAN VERMƏYİB”

Xalq artisti Nisə Qasımova bir çox teleaparıcılardan inciyib.

Məlumata görə, o, bunu Lider TV-nin "Rəngarəng" verilişinə açıqlamasında bildirib. N.Qasımova bildirib ki, həmin teleaparıcılar onu verilişlərinə dəvət edir, lakin sonda ona qarşı hörmətsiz davranırlar:

"Elə verilişlərdə olmuşam ki, aparıcı mənə ağzımı açmağa imkan verməyib. Hər dəfə reklam fasiləsilə bağlı sözümü yarımçıq kəsiblər. Hər halda, artıq 40 ildir, səhnədəyəm. Efirə yeni çıxmış hansısa gənc ifaçı deyiləm ki, ağzımı yumsunlar! Onlar mənə hörmətlə yanaşmalıdırlar".


Geri qayıt