Əsas Səhifə > Araşdırma > BAKININ “DONU AÇILIR”

BAKININ “DONU AÇILIR”


14-02-2012, 13:22
BAKININ “DONU AÇILIR”

GÖZÜNÜZ AYDIN, BİR NEÇƏ GÜN QAR OLMAYACAQ

Qarın kəsilməsi və gündüz vaxtlarında havanın hərarətinin artması paytaxt sakinləri üçün yeni problemlər yaradıb. Belə ki, donmuş sular əridikcə boru kəmərlərinin sıradan çıxması məlum olur. Hazırda şəhərin bir çox yerlərində evlərin divarlarından, girəcəklərindən axan kiçik şəlalə və bulaqlar əmələ gəlib. Bu, bir çox xətlərdə suyun olmamasına gətirib çıxarır.

Eyni zamanda bəzi küçələrdəki qar topası əriməyə macal tapmamış avtomobillərin təkərləri altında qalaraq bərkiyib.

Sinoptiklərin məlumatına görə, hətta temperatur sıfır dərəcədən yuxarı olsa belə, bir neçə gün qar olmayacaq.


Geri qayıt