Əsas Səhifə > Reklam > "DƏMİRBANK" "MICROVEST" İLƏ YENİ KREDİT SAZİŞİ İMZALAYIB
"DƏMİRBANK" "MICROVEST" İLƏ YENİ KREDİT SAZİŞİ İMZALAYIB14-02-2012, 15:11 |
VƏSAİTİN MƏBLƏĞİ 1,1 MİLYON DOLLAR TƏŞKİL EDİR Azərbaycan bankı "DəmirBank" ölkədə sahibkarlara mikro və kiçik biznes kreditlərin verilməsini genişləndirmək məqsədi ilə ABŞ-ın "MicroVest" mikromaliyyə təşkilatı ilə yeni kredit müqaviləsi imzalayıb. Bu barədə bankın yaydığı məlumatda deyilir. Müqaviləyə əsasən, "MicroVest" mikromaliyyə təşkilatının idarə etdiyi MicroVest SDF L.P. fondu tərəfindən "DəmirBank" üçün ayrılan vəsaitin məbləği 1,1 milyon dollar təşkil edir. "DəmirBank" bu vəsaitləri mikro və kiçik sahibkarlığın maliyyələşdirilməsinə yönəldəcək. "DəmirBank" "MicroVest" təşkilatı ilə əməkdaşlığa 2007-ci ildən başlayıb və yeni saziş daxil olmaqla ondan ümumilikdə 6 milyon dollara yaxın vəsait cəlb edib. "DəmirBank" gələcəkdə mikro və kiçik sahibkarlığın maliyyələşdirilməsinin həcmini artırmaq niyyətindədir", - deyə bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib. "DəmirBank" kredit proqramları üzrə 20-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Bu sırada Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, USAID və digər beynəlxalq təşkilatları qeyd etmək olar. Geri qayıt |