Əsas Səhifə > Partiya > HAKİMİYYƏTİN İSLAHATA GETMƏSİ MƏHVİNƏ SƏBƏB OLACAQ
HAKİMİYYƏTİN İSLAHATA GETMƏSİ MƏHVİNƏ SƏBƏB OLACAQ14-02-2012, 15:21 |
"GÖZÜ ÇIXAN QARDAŞLARINDAN" NƏTİCƏ ÇIXARTMAQ İSTƏMİRLƏR" ABŞ-ın Çikaqo şəhərində yerləşən AON qeyri-hökumət təşkilatı 2012-ci il üçün dünya ölkələrində siyasi risk indeksini açıqlayıb. Təşkilatın analizlərinə görə, ərəb ölkələrini bürüyən etiraz dalğası bəzi ölkələrdə analoji ehtimalları artırıb. Azərbaycan da bu ölkələrin siyahısındadır. Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən keçmiş müsavatçı İbrahim İbrahimli, suallarımızı cavablandırıb. - İbrahim bəy, sizcə Azərbaycanda siyasi risk ehtimalı nə yerdədir? Yəni AON təşkilatı tərəfindən Azərbaycanla bağlı deyilənlər nə dərəcədə realdır? - Avtoritar ölkələrdə risk həmişə böyük olubdur. Xüsusən də 2011-ci ildə başlayan qlobal demokratikləşmə proseslərini müşahidə edən, lakin yaxın ətrafda, eyni halda Yaxın Şərqdə və MDB ölkələrində baş verən prosesləri izləyib hər hansı bir nəticə çıxarmayan, islahatlar aparmayaraq siyasi repressiyaları gücləndirən, daha doğrusu "kəmərləri bərkitmək" siyasəti yeridən, nəhayət, siyasi-iqtisadi islahatlarla riskləri aradan qaldırmaq kimi addımları atmamaq, Azərbaycan hakimiyyətinin daxili siyasətinin göstəricilərindən biridir. Təbii ki, siyasi təşkilatlar Azərbaycanda gedən siyasi prosesləri yaxından müşahidə edirlər. Azərbaycan həm daxili, həm də xarici siyasətində bu tipli ciddi məqamlara vaxtında və məqamında adekvat cavablar vermir. Heç verə də bilməz. Çünki avtoritar bir rejim əgər islahatlara gedərsə məhvə məhkum olar. Hakimiyyət də bunu gözəl anlayır. Başa düşür ki, hər hansı bir islahat onun intiharına və məğlubiyyətinə səbəb olacaq. Hakimiyyət Misirdə, Liviyada və Tunisdə olan avtoritarların taktikalarını izləyərək mövqe sərgiləyirlər. Eyni halda onların ifadələrindən istifadə edirlər. Heç də təsadüfü deyil ki, Münhendə İlham Əliyev ona verilən sualın müqabilində, elə bir cavab verdi. Bu cür taktika və yanaşma ilə ölkədəki mövcud olan inqilab risklərini azaltmaq qeyri-mümkündür. Hazırda Azərbaycan iki yol ayrıcındadır. Ya sosial partlayış nəticəsində yarana biləcək üsyan və inqilab, ya da ki, islahat. Hakimiyyət bunlardan hansını seçəcək? Hadisələrini gedişi göstərir ki, hakimiyyət ətrafında baş verən bu hadisələrdən və “gözü çıxan qardaşlarından” nəticə çıxartmaq istəmir. Bunu Münhendə çıxış edən İlham Əliyevin sözlərində də açıq-aydın görmək mümkündür. - Bildirdiniz ki, avtoritar hakimiyyətin hər hansı bir islahat aparması həmin hakimiyyətin məhvinə gətirib çıxardacaq. Azərbaycan hakimiyyətinin avtoritar idarəetmə üsulunu seçdiyini nəzər alsaq, sizcə belə olan halda hər hansı bir islahat gözləməyə dəyərmi? - Hakimiyyətdən hər hansı bir islahat gözləmək mümkün deyil. Çünki artıq neçə müddətdir ki, istər İctimai Palata, istərsə də Ziyalılar Forumu hakimiyyətə islahatla bağlı “Yol xəritəsi” təqdim ediblər. Hakimiyyət ona təqdim edilən “Yol xəritəsi”ni ironiya ilə qarşıladı. Bu ondan xəbər verir ki, hakimiyyət belə bir islahat paketi ilə çıxış edən qüvvələrin təklifini qəbul etmək istəmir. Ona görə ki, islahat bu hakimiyyətin və avtoritarizmin məhvinə gətirib çıxardacaq. Artıq korrupsiya hakimiyyətin qan damarına və nəfəs borusuna çevrilib. Ölkənin idarə edilməsi korrupsiya və avtoritarizim üzərində qurulub. Hakimiyyətin təməli elə qurulub ki, bunlar irəli getməyi məğlubiyyət, geri çəkilməyə isə siyasi intihar kimi baxırlar. Geri qayıt |