Əsas Səhifə > Partiya > MÜSAVATDAN QOPMALAR OLA BİLƏR

MÜSAVATDAN QOPMALAR OLA BİLƏR


14-02-2012, 16:03
MÜSAVATDAN QOPMALAR OLA BİLƏR

“KİMLƏRSƏ GEDƏCƏKSƏ, BU NORMAL PROSESDİR”

Müsavat başqanlığına namizəd yeni başqan seçiləcəyi halda, kimlərinsə partiyadan getməsini normal hesab edir.

"Burada mən qeyri-adi bir şey görmürəm. Digər hər hansı bir partiyada da sədr dəyişilsə, orada da komandada bir dəyişiklik baş verəcək", - bunu çərşənbə axşamı Trend-ə Müsavat Partiyası başqanının müşaviri, başqanlığa iddialı Səxavət Əlisoy deyib.

O bildirib ki, tamamilə yox, ancaq bəzi dəyişikliklər olmalıdır və burada da təbii ki, narazı adamlar ortaya çıxacaq.

"İndiyə qədər Müsavat Partiyasından inciyib gedənlər olub. Son 10 ildə Müsavat Partiyasından inciyib, küsüb gedənlər olub, ancaq diqqət edib görün ki, Müsavat Partiyasından gedənlərin hansı biri böyük güc mərkəzinə çevrilib?" - başqan müşaviri deyib.

Onun sözlərinə görə, bunun özü də göstərir ki, yalnız Müsavat Partiyasının daxilində güc olmaq mümkündür.

"Müsavat Partiyasından onlarla siyasətçilər gedib, lakin onların heç biri ciddi bir təşkilat qura bilməyiblər", - Əlisoy qeyd edib.

Qeyd edək ki, Müsavat Partiyası Məclisinin yanvarın 7-də keçirilən iclasında VIII qurultayın bu il martın 3-4-də keçirilməsi qərara alınıb. Qurultay zamanı yeni başqanın seçilməsi məsələsi də gündəmdədir.


Geri qayıt