Əsas Səhifə > Dünya > BAŞ REDAKTOR PROKURORLUĞA ÇAĞRILIB

BAŞ REDAKTOR PROKURORLUĞA ÇAĞRILIB


15-02-2012, 12:31
BAŞ REDAKTOR PROKURORLUĞA ÇAĞRILIB

RADİONUN QAYDALARI QANUNLARA UYĞUN GƏLMİR

"Exo Moskvı" radiostansiyasının baş redaktoru Aleksey Venediktov bildirib ki, onu Presnenskiy prokurorluğuna çağırıblar. Səbəb kimi Tambov sakininin radiostansiya nizamnaməsinin Rusiya qanunvericiliyinə uyğun olmadığını bildirməsi göstərilib.

SalamNews RIA "Novosti" agentliyinə istinadən xəbər verir ki, radiostansiyanın direktorlar şurasını Venediktov, onun birinci müavini Vladimir Varfolomeyev və daha iki müstəqil direktor - Yevgeniy Yasin və Aleksandr Makovskiy tərk edir.


Geri qayıt