Əsas Səhifə > Partiya > “AZƏRBAYCAN HAKİMİYYƏTİ HAMINI ÖZÜNƏ DÜŞMƏN SAYIR”
“AZƏRBAYCAN HAKİMİYYƏTİ HAMINI ÖZÜNƏ DÜŞMƏN SAYIR”15-02-2012, 13:19 |
HİKMƏT HACIZADƏ AMERİKADA ŞOK AÇIQLAMALAR VERDİ Neft bumu və artan korrupsiya Azərbaycanda siyasi təbəqələr arasında uçurumu daha da dərinləşdirib. Əhalinin bir hissəsi gələcəyini ölkə kənarında axtarır, başqa bir hissə islama üz tutur. Bunu FAR Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadə Vaşinqtonda Woodrow Wilson Mərkəzində təşkil olunmuş “Azərbaycan: müstəqilliyin 20-ci İli” adlı forumda bildirib. Turan-ın xüsusi müxbirinin Vaşinqtondan verdiyi məlumata görə, tədbirdə ABŞ rəsmiləri, tələbələr və demokratik düşərgənin təmsilçiləri iştirak ediblər. H.Hacızadə Azərbaycanda siyasi vəziyyəti “SSRİ-yə qayıdış” kimi xarakterizə edib. Eyni zamanda qeyd edib ki, Heydər Əliyev ölkədə qeyri-müəyyən “ağıllı avtoritarizm” yarada bilmişdi, belə ki, sovet dövründən fərqli olaraq, adamlar heç olmasa demokratiya barədə öz aralarında danışa bilirdilər. Həmçinin KİV orqanları da populyarlaşana qədər onlara məhdudiyyətlər qoyulmurdu. “Ancaq indi vəziyyət dəyişib. Hazırkı prezident və ətrafı kimin onlar üçün təhlükəli olduğunu müəyyən edə bilmirlər. Odur ki, hamını düşmən elan edirlər və bu cür siyasət ölkəni indiki vəziyyətə gətirib çıxarıb. Geri qayıt |