Əsas Səhifə > Şou-biznes > “BU GÜNÜN MƏNİM ÜÇÜN ÖNƏMİ YOXDUR”

“BU GÜNÜN MƏNİM ÜÇÜN ÖNƏMİ YOXDUR”


15-02-2012, 13:32
“BU GÜNÜN MƏNİM ÜÇÜN ÖNƏMİ YOXDUR”

“HEÇ MƏNİM YADIMDA DA DEYİLDİ Kİ, SEVGİLİLƏR GÜNÜDÜR

Azərbaycanın populyar rəqqasəsi Oksana Rəsulova Milli.Az-a verdiyi açıqlamasında Sevgililər Gününü necə qeyd etdiyini bildirdi.

"14 fevral Sevgililər Günü kimi qeyd edilsə də, bu günün mənim üçün bir elə önəmi yoxdur. Dünən mənim çox işlərim olub. Bütün gün məşqdə olmuşam. Sevdiyim insan Elşad Xosenin də öz işləri olub. Heç mənim yadımda da deyildi ki, Sevgililər Günüdür.

Daha sonra axşam Elşad mənə hədiyyə olaraq bir geyim almışdı. Bu, gözəl bir paltar idi. Sən demə, bu gün onun yadında imiş", - Oksana Rəsulova dedi.

Rəqqasə "Bəs siz Elşad Xoseni necə təbrik etdiniz?" sualına isə bu cür cavab verdi:

"Mən heç nə almadım. O məni təbrik etsə də, mən onu etmədim. Çünki dediyim kimi, bu bayrama bir elə önəm vermirdim. Mənim fikrimcə, bu bayram bizə məxsus deyil", - O.Rəsulova dedi.


Geri qayıt