Əsas Səhifə > Güney Press, Üçüncü sektor > 400 MİN ƏHALİSİ OLAN SUMQAYITIN 10 MİNLİK BƏLASI
400 MİN ƏHALİSİ OLAN SUMQAYITIN 10 MİNLİK BƏLASI15-02-2012, 13:58 |
“3 NƏFƏRİN İYNƏ VURMAĞA BAŞLAMASININ ŞAHİDİ OLDUM” Azərbaycan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin Təşkilatı narkomaniya ilə bağlı həyəcan təbili çalıb. Belə ki, rəsmi qeydiyyata görə keçən ilə nisbətən bu il narkomanların sayı 4,8% artaraq 26716 nəfər olub. Lakin məlum olduğu kimi hazırda ölkədə kifəyət qədər qeydiyyata alınmayan narkotik istifadəçiləri var. Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən Gənclər Təhsil Mərkəzi QHT-nin həyata keçirdiyi narkotik zərərinin azaldılması proqramının koordinatoru Emil Maqalov, suallarımızı cavablandırıb. - Emin bəy, hazırda qeydiyyatda olmayan narkotik istifadəçiləri ilə bağlı hər hansı bir araşdrıma və ya təxmini rəqəmlər mövcuddurmu? - Sumqayıtda apardığımız araşdırma zamanı belə bir nəticə əldə etmişik ki, 400 min əhalisi olan şəhərin, 9-10 min nəfəri infeksion narkomandır. İynə vurmadan, otlar vasitəsilə narkotikdən istifadə edən şəxslərin sayı isə 5 min nəfərə yaxındır. Bunların yarısı ilə şəxsən özüm 4 il yarım ərzində görüşmüşəm. - Ümumiyyətlə ölkəmizdə narkotikə meyilliliyin səbəblərini nədə görürsüz? - Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə məktəblərdə anti-narkotiklə bağlı tədbirlər keçirilir. Lakin həmin tədbirlərdən sonra 3 nəfərin iynə vurmağa başlamasının şahidi oldum. Buna səbəb isə maarifləndirmə zamanı narkotikin haradan tapılması, necə qaynadılması və vurulması haqqında məlumatın verilməsidir. Guya bu tədbirlərlə mübariz aparmaq istəyirdilər, lakin əks effekt verdi. Narkotikə qarşı mübarizə ilə bağlı ararılan müzakirələrdə gənclərə kokainin insana dünyanın ən gözəl ləzzətdən 7 dəfə artığını gətirdiyi deyilir. Bu cür məlumatlar isə onlarda maraq yaradaraq narkotikə meyillənməsinə səbəb olur. Digər tərəfdən cavanların yaşadıqları mühitdə burada əsasdır. Sumqayıt şəhəri 17-ci mikrarayon 38-ci binada yaşayan 100 sakindən 83-ü narkomandır. Eyni halda həmin mikrarayonda yerləşən və idman üzrə dünya çempionları olan Emin Bəşirov və Seyran Bağırovun yaşadığı 52-ci binada isə əksər cavanlar idmançıdır. Deməli mühit bu qədər önəmlidir. - Əsasən hansı yaş kriteyalarında bu meyillənmə müşahidə olunur? - Son vaxtlar 18-25 və 18-35 yaş insanlarda daha çox meyillənmə müşahidə edilir. Orta məktəblərdə iynə vurma elə də çox yayılmayıb. Şagirdlər ləzzət almaq üçün xüsusi dərmanlardan istifadə edirlər. Hələ ki, orta məktəblərlə bağlı SOS verməyə dəyməz. - Ölkədə narkotiklə mübarizəni qənaətbəxş hesab etmək olarmı? - Əlbəttə ki, yox. Elə evlər tanıyıram ki, ora polis özü narkotik verir. Digər tərəfdən bu məsələnin qarşısının alınmasının bir yolu da var. O da budur ki, satışın qarşısı konkret olaraq alınsın. Narkobaronları tutmaq üçün ən gözəl variant narkomanların özüdür. İstənilən narkomanı tutub soruşsan ki, bu vasitələri hardan almısan, yerini söyləyəcək. Əgər bu cür qarşısı alınsa bundan sonra narkomanın olması mümkün deyil. Geri qayıt |