Əsas Səhifə > Siyasət > DEPUTATLA İCRA BAŞÇISI ƏL-ƏLƏ VERİB…

DEPUTATLA İCRA BAŞÇISI ƏL-ƏLƏ VERİB…


14-09-2011, 16:37
DEPUTATLA İCRA BAŞÇISI ƏL-ƏLƏ VERİB…

“SƏBA BROYLER”İ ƏLƏ KEÇİRDİLƏR

Şabranın icra başçısı Novruz Novruzov rayonun bütün biznes sahələrini bölüşdürməyə başlayıb. Verilən məlumata görə, əvvəllər bu prosesi təkbaşına həyata keçirən icra başçısı sonradan məsuliyyəti bölüşmək üçün özünə şərik tapıb.

Aldığımız məlumata görə, Novruzov əvvəlləcə yerli sahibkarlara «dərs keçərək» onların obyektlərini ələ almağa başlamışdı. Lakin sonradan bu işlərin nəzarətdən çıxacağını və adının hallanacağını görərək, bir addım geri çəkilib. Önə isə Şabrandan deputat seçilmiş Tahir Süleymanovu verib. İndi deputatla başçı birlikdə rayonu açıq şəkildə «işğal» etməyə başlayıblar.

Son məlumatlara görə, Şabranda yerləşən «Səba Broyler» bir müddət nəzarətsiz qalsa da, nəhayət, Tahir Süleymanovla Novruz Novruzov onun da üzərinə əl qoyublar. Belə ki, deputatla icra başçısı birləşərək, broyleri ələ keçiriblər. Broylerin köhnə rəhbərliyi isə yerində saxlanılıb. Sadəcə, onun gəlirləri əvvəlki kimi olmayacaq. Yəni, ona ayda konkret məbləğdə pul veriləcək. Bir də həmin şəxs broylerdən müəyyən miqdarda toyuq və toyuq məhsulları götürərək, dükanlarda satdıra bilmək səlahiyyətinə malikdir. Amma həmin miqdar da deputat və icra başçısı tərəfindən müəyyənləşdirilib və elə də böyük rəqəm hesab olunmur.

Mənbələr bildirir ki, Tahir Süleymanovla şərikli hərəkət edən Novruz Novruzov «Səba Broyler»i ələ keçirmək üçün xeyli müddət imiş çalışırmışlar. Nəhayət, bu yaxınlarda həmin quşçuluq fabrikinin rəhbərinin «ÇP»ni taparaq, ona «ilişiblər». Ardından isə şərtlərini diqtə edərək, istəklərinə nail olublar. Rayondakı sahibkarlar isə deyirlər ki, icra başçısının bu hərəkəti daha çox Şabrandakı gəlirli sahələrin ələ keçirilməsidir.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt