Əsas Səhifə > Cəmiyyət, Manşet > Təshil siztemində Mikayıl Cabbarovu məğlub edən BÖYÜK GÜC
Təshil siztemində Mikayıl Cabbarovu məğlub edən BÖYÜK GÜC10-01-2014, 15:11 |
DİA.AZ: - Nazir postuna keçdikdən sonra özünü “islahatçı rəhbər” kimi təqdim etməyə çalışsa da, bu, sonradan təhsil naziri Mikayıl Cabbarovda alınmadı. Səbəbsə yeni nazirin köhnədən qalma və bu günə kimi də təhsil sistemini iflic vəziyyətinə salan mafiozlaşmış şəbəkə qarşısında acizliyinin təzahürü idi. Mikayıl Cabbarov nəinki mafiozlaşmış şəbəkənin qarşısında ağ bayraq qaldırdı, hətt bu gün həmin şəbəkənin nəzarəti altında belə fəaliyyət göstərdiyini sübutlayan yetərincə məqamlar var. Hər halda, əgər bu gün təhsil naziri Mikayıl Cabbarov vətəndaşlar üçün əlçatmaz olubsa, əgər onunla görüşmək üçün az qala “Çin səddi” kimi bir maneəni aşmaq zorunda qalırsansa, deməli, Mikayıl Cabbarov təslim olub. Halbuki o, nazir postuna təyin olunduğu ilk günlərdə hətta “Facebook”da belə əl çatan bir məmur kimi diqqətə gəlirdi. Indi o da digər nazirlər kimi xalqla arasında uçurum yaratmağa girişib ki, bu da onun xalqa doğru gəlməsinin yox, xalqdan aralaşmasının sübutudur. Bəli, cənab gənc nazirimiz, acı da olsa, şirin də olsa, bu bir faktdır. Sizin timsalınızda bu gün təhsildə nöyük dəyişikliklərə ümid edən milyonlarla vətəndaş həm də bir ümid yeri itirdi. Maləsəf... DİA.AZ olaraq Mikayıl Cabbarovu xalqdan uzaqlaşdıran “körpülər”lə bağlı məlumatlandırmaq qərarına gəldik. Norçalda körpü birləşdirici keyfiyyəti daşısa da, Maləsəf bu gün Misir Mərdanovdan qalma köhnə heyət Mikayıl Cabbarovu ayıran bir qüvvə rolunu oynayır. Bu isə tədrici olaraq yeni nazirin köhnə heyətə “əxz olunması” anlamına gəlir. Mikayıl Cabbarov günü gündən onlardan birinə çevrilir. Həmin şəxslərdən – bu gün Misir Mərdanovdan qalan, həm də Mikayıl Cabbarovun başbəlası kimi qəbul edilən məmurlardan biri də Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirovdur. Bəli Misir Mərdanovun dövründən üzü bu yana təhsil sistemində kadr siyasəti məhs bu adamın əli ilə, rəhbərliyi altında həyata keçirilir. Nə yaxşı ki, nazir təyinatları zamanı Fərzəli Qədirovun iştirakı olmur və nə yaxşı ki, Fərzəli Qədirov daha böyük səlahiyyətlərə malik deyil... Təhsil Nazirliyində işə götürmə, işdən çıxarma və bu qəbildən olan digər mühim işlərin məhz Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin üzərində olduğunu vurğulayan mənbənin DİA.AZ-a bildirdiyinə görə, həmin şöbənin müdiri Fərzəli Qədirov müəllim kimi işə qəbulu inhisarına alıb: «O, bu işlərdən heç də az "qazanmır”. Şöbənin müdirinin müəyyən etdiyi «tarif»lər şəhərlər və rayonlar üzrə dəyişir. Məsələn, Bakıdakı orta məktəbdə işə düzəlmək istəyən müəllimdən çox nəsə alına bilər. Düzdür, bunun üçün işə qəbul olmaq istəyən şəxs mütləq vakant yerlərə imtahanda iştirak etməlidir. Lakin bu, tamamilə formal xarakter daşıyır və bu yolla kimlərinsə gözündən pərdə asmağa çalışırlar». Məlumatlı şəxs iddia edir ki, paytaxtda müəllim olmağın əvəzi mərkəzdən kənarlara doğru aşağı düşür: «Məsələn, əgər şəhərin mərkəzindəki orta məktəbdə işləmək istəyən şəxs varsa, bunun üçün 15-dən 50-yə qədər xərcə düşə bilər. Amma eyni işi Hövsan və ya Əhmədlidə istəmək 8- dən başlayıb 15-ə qədər yüksələ bilər. Fərzəli Qədirovun isə bu işdə əsas şəriki Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin sektor müdiri Zöhrab Kəlbəliyevdir. Kəlbəliyevin əsas missiyası həm «müştəri» tapmaq, həm də onları alaraq ünvanına çatdırmaqdır. Təbii ki, bunun müqabilində onun da payı var. Rayonlarda isə bədəl dəyişkəndir. Əvvəla həmin rayonun dağlıq və ya aran olması şərtdir». Fərzəli Qədirov barəsində təhsil naziri Mikayıl Cabbarova bir neçə dəfə şikayət olunduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, nədənsə nazir hələ ki, şöbə müdirilə bağlı müvafiq tədbir görməkdə maraqlı deyil və yaxud da çarəsiz olduğunu bildiyindən susmaqla kifayətlənir: «Çünki Fərzəli Qədirovun müəyyən dairələrdə sığındığı məmurlar var. Onun yaxın adamları da hazırda bir neçə rayonda təhsil şöbəsinin müdiri vəzifəsində çalışır. Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri xüsusən cənub bölgəsini tam nəzarəti altına alıb. Fərzəli Qədirov dostlarına deyir ki, mənim adamım yuxarıdadır. Yəqin elə buna görədir ki, Mikayıl Cabbarov ona toxuna bilmir. Belə ki, Mikayıl Cabbarov Fərzəli Qədirovu işdən çıxarmaq üçün bir neçə dəfə cəhdlər etsə də, hər dəfəsində yuxarıdan gələn təpkilərin qarşısında aciz qalıb. Fərzəli Qədirovun indiyədək işdə qalmasının bir başqa səbəbi isə nəzarətində olan təhsil şöbələrinə istənilən diqtəni edə bilməsidir». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Araşdırmalarımız usə davam edir... Bir-bir “körpüləri” ortaya çıxaracağıq. Birləşdirən yox, ayıran “körpüləri”... Geri qayıt |