Əsas Səhifə > Şou-biznes > "MƏN ONDAN ZÖVQ ALMIRAM"

"MƏN ONDAN ZÖVQ ALMIRAM"


16-02-2012, 13:37
"MƏN ONDAN ZÖVQ ALMIRAM"

“UŞAQ VAXTI DA, ORTA MƏKTƏBDƏ OXUDUQDA DA BELƏ OLUB”

Məşhur aktyor, bütün həyatını Bakıda yaşamış Bəhram Bağırzadə paytaxtın bu günündən məmnun deyil.

O, Day.Az saytına müsahibəsində Bakının böyük, daha gözəl, daha yeni olduğunu, həm yaxşı, həm də pis tərəfə dəyişildiyini söyləyib: "Deyə bilmərəm ki, o, pis olub. Amma... bu, oğlumun - Cavid Bağırzadənin şəhəridir. Təəssüf ki, mən ondan zövq almıram".

B.Bağırzadə Bakıda ən çox bəyəndiyi yerlər haqda da danışıb: "Ən sevimli küçəm hazırki Azərbaycan prospekti, keçmiş Hüsü Hacıyev küçəsidir. Bütün ömrüm boyu hər gün heç olmasa 2 dəfə oradan keçmişəm. Uşaq vaxtı da, orta məktəbdə oxuduqda da belə olub".

Bəhram Bağırzadə özünü çox pis və ya çox yaxşı hiss edəndə İçərişəhərə üz tutur. "Bu, uşaqlıqdan belədir. İçərişəhərin küçələrində gəzişir, rəssamlara, emalatxanalara baş çəkirəm. Orada insanlar çox deyil. Bəzən köhnə bakılılarla rastlaşırsan, salamlaşırsan, söhbətləşirsən və dərhal özündə yüngülləşmə hiss edirsən", - deyə aktyor qeyd edib.


Geri qayıt