Əsas Səhifə > Sosial, Manşet > İRAN İNDİ DƏ RAMİZ MEHDİYEVİ «VURUR»
İRAN İNDİ DƏ RAMİZ MEHDİYEVİ «VURUR»16-02-2012, 13:52 |
FARS TƏBLİĞAT MAŞINI PA RƏHBƏRİNƏ QARŞI KÖHNƏ PALAN İÇİ TÖKÜR DİA.AZ: - Son günlər İranın xüsusi xidmət orqanlarının nəzarətində olan xəbər portalları Azərbaycan əleyhinə təbliğatlarını daha da intensivləşdiriblər. Müxtəlif üsullarla Azərbaycan dövlətini və Azərbaycan dövlətinin rəhbərlərini aşağılamağa, təhqir etməyə çalışan molla rejiminin elektor KİV-i bu dəfə də Prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevi hədəfə alıblar. Onu da bildirək ki, fars-molla mətbuatında hətta Azərbaycanın dövlət rəhbərlərinin ünvanına açıq şəkildə təhqiramiz ifadələr də işlədilir ki, bu səbəbdən biz sözügedən portalların birindən əldə etdiyimiz məlumatı təhqirli ifadələri ixtisara salmaqla diqqətinizə çatdırırıq: “Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən “Wikileaks” saytının açıqladığı amerikalı diplomatların yeni sənədlərində rəsmi Bakının daxili və xarici siyasəti haqda maraqlı məlumatlar var. Belə ki, sənədlərin bir hissəsi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin etiraflarına aiddir. Odur ki, təsadüfü deyil ki, o “WikIleaks”in materiallarının həqiqətə uyğun olmadığını bildirib. Səfir Enn Dersinin 15 iyun 2007-ci il tarIxli teleqramı bir gün əvvəl Ramiz MehdIyevin ona verdiyi məxfi sənəddən bəhs edir. Qeyd etmək lazımdır ki, Mehdiyev rəsmi Bakının bu sənədi haradan və necə əldə etdiyini açıqlamayıb. Məhz elə bu açıqlamamanın özü işin saxta olmasının göstəricisidir. Güya “Tam məxfi” olan və islam inqilabı Korpusunun nəşr etdiyi sənədi Şərqi Azərbaycan Bəsic komandanı general Məhəmməd Yusef Şakeri imzalayıb. Sənəddə deyilir ki, Naxçıvan sakinlərini qəzetlərdə Məhəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbərin təhqir olunmasının əleyhinə çıxmağa cəlb etmək lazımdır. Bu məqsədlə istifadə olunan adamların maliyyə və fiziki təhlükəsizliyini təmin etmək vacibdir. Sənədin sürəti informasiya Kəşfiyyat Nazirliyinə, İranın Bakıdakı səfirliyinə və s. göndərilib. ABŞ səfirliyinin şərhində sənədin düzgünlüyünü yoxlamaq imkanlarının olmadığı bildirilir. Enn Dersinin həmin il 19 iyul tarixli digər teleqramı onun Ramiz Mehdiyevlə İran təhlükəsi mövzusunda görüşündən bəhs edir. Əfqanıstandan külli miqdarda narkotik maddələri məxfiyanə İran İslam RespublIkasının ərazisi ilə Azərbaycana gətizdirən Mehdiyev Enn Dersinə bildirib: “İran Azərbaycana təzyiq kimi radIkal islamdan və narkoticarətdən istIfadə edir”. Prezident Administrasiyasının bəzi şöbələrinin rəhbərlərinin də iştirak etdiyi görüşdə isə Mehdiyev deyib ki, İran Azərbaycanda İslam Partiyasının rəhbərliyinə “ən radikal lideri” (iyulun 15-dən partiyaya rəhbərlik edən Doktor Mövsüm Səmədovu nəzərdə tutur) təyin edib. O həmçinin Azərbaycanda pak dindariarın əmələ gəlməsi sayəsində hakimiyyətin çirkin planlarının baş tuta biIməməsinə işarə edərək deyIb ki, Bakıdakı İran Mədəniyyət Mərkəzi bu siyasətin alətidir. Belə ki, mərkəz yüzlərlə gənci seçərək dini müəssIsələrdə təhsil almağa göndərir. Həmin adamlar qayıtdıqdan sonra beşinci kolona çevrilir və Azərbaycanda radikallaşmaya (yəni Azərbaycan hakimiyyətinin anti-İslam və anti-Milli siyasətlərinə qarşı çıxmağa) xidmət edir. O, hicab taxan qadınların sayının çoxalmasını da İranın təsirinin artmasının nəticəsi hesab edir. Onun sözlərinə görə, Azərbaycan hökuməti bu tendensiyanın qarşısını almalıdır, çünki gələcəkdə bunu etmək mümkün olmayacaq. Bu istiqamətdə addımlardan biri ali və orta məktəblərdə hicaba qadağanın qoyulması olacaq”. Geri qayıt |