Əsas Səhifə > Güney Press, Araşdırma > BAĞÇA MÜDİRLƏRİNDƏN RÜŞVƏT YIĞILIR

BAĞÇA MÜDİRLƏRİNDƏN RÜŞVƏT YIĞILIR


16-02-2012, 14:26
BAĞÇA MÜDİRLƏRİNDƏN RÜŞVƏT YIĞILIR

İCRA BAŞÇILARININ ƏLİNƏ FÜRSƏT DÜŞÜB

Ölkə başçısının ötən il dekabrın 27-də imzaladığı sərəncamla Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evlərini yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyinə veriilb.

Azərbaycandakı uşaq bağçalarının fəaliyyəti barədə həmişə tənqidlər eşidilib və bu belə davam edir. İndi bağçaların Təhsil Nazirliyinin tabeliyindən çıxarılıb icra hakimiyyəti orqanlarına verilməsinin bu sahədə yaxşlığa doğru dəyişikliklərə səbəb olacağını düşünənlər azdır.

Məlumdur ki, ölkədəki uşaq bağçaları ilə bağlı çoxsaylı problemlər mövcuddur. Bu müəssisələrdə rüşvət hallarının olduğu, uşaqlara verilən yeməklərin keyfiyyətsizliyi, tərbiyəçilərin savadsızlığı, bağçalara ayrılan ərzaqların mənimsənilməsi bardəəd çox danışılır. Yeri gəlmişkən, respublika üzrə 100-dək (Bakı şəhərində 47) məktəbəqədər müəssisə özəlləşdirilib. Ancaq özəlləşdirilən müəssisələrdən cəmi 7-si profili üzrə fəaliyyət göstərir. Onlardan 6-sı Bakı, 1-i isə Sumqayıt şəhərində yerləşir. Qalan bağçaların ərazilərindən artıq digər məqsədlər üçün istifadə olunur.

Bəs bütün bu problemləri İcra hakimiyyətləri aradan qaldıracaqmı, yoxsa problemlər daha da dərinləşəcək?

Daxil olan məlumatlara görə, uşaq bağçaları yerli icra hakimiyyəti orqanlarının tabeliyinə veriləndən sonra həmin müəssisələrin müdirləri yeni bir problemlə üzləşiblər. Məlumatlara görə, Bakıda bağça müdirləri icra hakimiyyətlərinə çağırılıb və onların qarşısına şərt qoyulub ki, filan məbləğdə rüşvət verməsələr vəzifələrilə xudahafizləşməli olacaqlar. Hələlik bu məlumatın nə qədər əsaslı olub-olmadığını araşdırırıq.

Bakı şəhər İcra Hakimiyyətindən isə bağçaların fəailiyyətində hansı yeniliklər ediləcəyi barədə danışmağın tez olduğu bildirlib.

“Bakıda uşaq bağçalarının təhvil-təslim işləri marta qədər başa çatdırılacaq”-deyə meriyanın mətbuat xidmətinin əməkdaşı Nuranə Mərdanova saytımıza bildirib. O deyib ki, hələ ki təhvil-təslim prosesi gedir: “Martın əvvəlinə qədər bu işlər həyata keçiriləcək. Burada təhvil-təslim işləri nəzərdə tutulur. Onu da deyim ki, bunu BŞİH deyil, yuxarı instansiyalar qəbul edir. Ona görədə yeniliklərdən danışmaq hələ tezdir”.

N.Mərdanova əlavə suallara cavab verməyib.


Geri qayıt